Bakıda soyğunçuluq edən 11ci sinif şagirdi məhkəmə zalından azadlığa buraxıldı


Digərləri 20 Okt 2017 12:29:00 258 0

Bakıda soyğunçuluq edən 11ci sinif şagirdi məhkəmə zalından azadlığa buraxıldı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluq və soyğunçuluqda təqsirləndirilən Rzaqulu Allahquliyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Son.az report-a istiadən xəbər verir ki, hakim Tamila Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə R.Allahquliyevin barəsində şərti cəza təyin edilib. O, məhkəmə zalından azadlığa buraxılıb.

Xatırladaq ki, prokuror Sabir Abdinov R.Allahquliyevin 5 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, Nəsimi rayonu ərazisində paytaxt sakini Sədaqət Eminova bankomatlardan birindən pul çıxarıb evə gedən zaman rayonun S.Vurğun küçəsində bir nəfər naməlum şəxs ona qarşı zor tətbiq edərək içərisində 682 manat pul və dəyəri 300 manat olan bir ədəd mobil telefon olan çantasını zorla alaraq qaçmağa cəhd göstərib.

Daxili İşlər Nazirliyinin yaydığını məlumata görə, zərərçəkəmişin səs-küyünə yaxınlıqda xidmət aparan Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşı polis baş serjantı Şakir Həsənov dərhal reaksiya göstərərək qadının çantasını soyğunçuluq yolu ilə alıb qaçan şəxsi təqib etməyə başlayıb.