Prokuror ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən şəxslərə cəza istəyib


Sosial 20 Okt 2017 12:18:38 313 0

Prokuror ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən şəxslərə cəza istəyib

Proses oktyabrın 26-da davam etdiriləcək

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Qərib Eyvazlı və Əli Abdullayevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prkuorur çıxışında Q.Eyvazlı və Ə.Abdullayevin hər biri 8 il müddətinə azadlıqdan məhrum edilməsini istyib.

Proses oktyabrın 26-da davam etdiriləcək.

Qeyd edək ki, hadisə ötən il saat 1.00 radələrində Binəqədi-Mehdiabad yolunda qeydə alınıb. Bakı şəhər sakini Ə.Abdullayevin idarə etdiyi "Range Rover" markalı avtomobil Q.Eyvazlının idarə etdiyi "VAZ-21015" markalı maşınla toqquşub.

Nəticədə "VAZ-21015" markalı avtomobilin sürücüsü Ramiz Muradov və sərnişini Elgün Məmmədov aldıqları xəsarətdən ölüblər.