"Uorlik Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında ədalətli çıxışlar edib"


Digərləri 20 Okt 2017 12:08:00 273 0

"Uorlik Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında ədalətli çıxışlar edib"

ATƏT-in Minsk Qrupunun sabiq amerikalı həmsədri Ceyms Uorlik həmsədr olduğu dövrlərdə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında ədalətli çıxışlar edib və düzgün bəyanatlar verib.

Son.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında millət vəkili Elman Məmmədov oktyabrın 18-də ABŞ Senatının "Rassel" binasında "Dağlıq Qarabağda tammiqyaslı müharibəyə yol verilməməlidir: Birləşmiş Ştatların və ATƏT-in rolu" mövzusunda keçirilən brifinqdə ATƏT-in Minsk qrupunun keçmiş həmsədri, səfir Ceyms Uorlikin çıxışına münasibət bildirərkən deyib.

Millət vəkili bildirib ki, C.Uorlik daim obyektiv fikirləri ilə fərqlənib: "Ceyms Uorlik həmişə mütərəqqi fikirlər söyləyib. Hətta o, həmsədrlikdən getmək məqamında da ədalətli bəyanat vermişdi. Bu bəyanatı da onun növbəti fikridir. Amma təəssüf edirəm ki, onun təmsil etdiyi ölkə fərqli mövqe tutur. ABŞ hegemon dövlətdir və əgər Vaşiqtonla Moskva Dağlıq Qarabağ məsələsində bir fikrə gəlsə, Ermənistan kimi cırtdan bir dövlət onların tələbini yerinə yetirməyə bilməz. Amma onlar bu məsələyə birmənalı yanaşmırlar".