"Maşın"ı tərk edən Mehriban Elşadı "razborkaya çağırdı": "Tək gəl"


Şou-biznes 20 Okt 2017 11:50:00 310 0

"Maşın"ı tərk edən Mehriban Elşadı "razborkaya çağırdı": "Tək gəl"

Elşad Xose tərəfindən "Maşın" realiti şousundan kənarlaşdırılan əməkdar artist Mehriban Xanlarova reperin bu hərəkətindən hələ də özünə gələ bilmir.

Son.az xəbər verir ki, yenicag.az-a açıqlama verən aktrisa bunları deyib:

"Hələ şokdayam. Stresdən çıxmamışam. Özümə gələndən sonra danışacam. Susuram. Amma susmağım qorxmaq anlamına gəlmir. Susqunluğumu tufanqabağı sakitlik kimi qəbul edin. Dörd dəfə məni irəli vermək... bu, heç bir kişiyə yaraşan hərəkət deyildi. Görünür, mən, doğrudan da, kimlər üçünsə çox güclü və təhlükəli rəqib olmuşam".