Bakıda bələdiyyə işçisi narkotikə görə həbs edildi


Digərləri 20 Okt 2017 11:53:00 390 0

Bakıda bələdiyyə işçisi narkotikə görə həbs edildi

Bakıda bələdiyyə işçisi narkotikə görə həbs edilib.

Son.az report-a istinadən xəbər verir ki, hadisə Suraxanı rayonunda qeydə alınıb. Məlumata görə, Suraxanı rayon Hövsan qəsəbə bələdiyyəsinin əməkdaşı 1979-cu il təvəllüdlü R.Q. üzərində qanunsuz olaraq narkotik vasitələr saxladığı üçün Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma zamanı onun narkotik vasitə aludəçisi olduğu məlum olub. R.Q. İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 1 ay müddətinə inzibati qaydada həbs olunub.