Ədliyyə orqanları işçilərinin attestasiyası qaydası müəyyənləşdi


Digərləri 20 Okt 2017 11:30:00 159 0

Ədliyyə orqanları işçilərinin attestasiyası qaydası müəyyənləşdi

Nazirlər Kabineti "Ədliyyə orqanları işçilərinin attestasiyası Qaydası"nı təsdiq edib.

Son.az APA-ya istinadən xəbər verir ki, Qaydaya əsasən attestasiyanın keçirilməsinin əsas məqsədləri işçinin tutduğu vəzifəyə uyğun gəlib-gəlmədiyinin müəyyənləşdirilməsi, işçinin potensial imkanlarından istifadə etmək mümkünlüyünün aşkara çıxarılması, peşə səriştəliliyinin artırılmasının stimullaşdırılması, işçinin ixtisasının və peşə hazırlığının yüksəldilməsinin və ya təkrar hazırlıq keçməsinin zərurət dərəcəsinin müəyyənləşdirilməs və kadrların irəli çəkilməsi proqramının həyata keçirilməsidir.   Yalnız müvafiq vəzifələrdə azı 1 il çalışan işçinin attestasiyası keçirilə bilər. İşçinin attestasiyası 5 ildə bir dəfədən çox olmayaraq keçirilir.İlk dəfə daimi qulluğa qəbul edilən işçinin attestasiyası bu Qaydanın tələbləri nəzərə alınmaqla keçirilir. Ədliyyə orqanlarında xüsusi rütbə nəzərdə tutulmayan vəzifələrdə çalışan və dövlət qulluqçusu olmayan işçilərin attestasiyası əmək qanunvericiliyi ilə tənzimlənir. Ədliyyə Nazirliyinin  tibb xidmətində praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər "Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sertifikasiyaya cəlb edilirlər.   Aşağıdakı işçilərin attestasiyası keçirilmir:   -  müvafiq vəzifədə bir ildən az qulluq keçən işçilər; - stajorluq müddətində olan işçilər; -  uşağının 3 yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 ildən az müddətdə müvafiq vəzifədə çalışan işçilər; - eyni vəzifədə azı üç dəfə attestasiya edilərək, tutduğu vəzifəyə uyğun olduğu müəyyən edilmiş işçilər.   İşçilərin attestasiyasının keçirilməsi məqsədi ilə nazirlikdə və müvafiq struktur qurumlarında azı 5 nəfərdən ibarət attestasiya komissiyaları yaradılır. Attestasiya komissiyalarının tərkibi sədrdən, katibdən və digər üzvlərdən ibarət olmaqla, ədliyyə naziri tərəfindən təsdiq edilir. Attestasiya kollegial, obyektiv surətdə keçirilir. Attestasiya komissiyasının işinə yüksəkixtisaslı mütəxəssislər və elmi ekspertlər cəlb edilə bilərlər. Əmək Məcəlləsinə uyğun olaraq, korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat vermiş işçi attestasiyadan keçirildikdə, nazirliyin korrupsiya ilə əlaqədar məlumatların verilməsi üçün müəyyən edilən müvafiq vəzifəli şəxsi və ya struktur bölməsinin nümayəndəsi attestasiya komissiyasının iclasında iştirak etməlidir. Attestasiyadan keçməli olan hər bir işçiyə attestasiyanın başlanılmasına ən azı 2 həftə qalmış onun bilavasitə rəhbəri tərəfindən hazırlanmış xidməti xasiyyətnamə verilir və həmin işçi ona verilən xasiyyətnamə ilə tanış olmalıdır. Xasiyyətnamədə işçinin xidməti fəaliyyətinə qiymət verilir, fərdi xüsusiyyətləri, güclü və zəif cəhətləri, keçən dövr ərzindəki işinin nəticələri göstərilir. Sonrakı attestasiyalarda komissiyaya əvvəlki attestasiyanın attestasiya vərəqəsi də təqdim edilir. Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə, ixtisasına, icra etdiyi işlərə və onların nəticələrinə, habelə tutduğu vəzifəyə uyğunluğunu müəyyən etmək üçün qanunvericiliklə müəyyən edilmiş hüquqlarına, qulluq funksiyalarına aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya olunan işçiyə onun xidməti fəaliyyətinə bilavasitə aid olmayan sualların verilməsi, habelə onun siyasi baxışlarına və etiqadına görə qiymətləndirilməsi yolverilməzdir.   İşçi attestasiyadan keçirilərkən onun bilavasitə rəhbəri attestasiyaya dəvət edilə bilər. Attestasiya komissiyası attestasiyadan keçən işçinin fəaliyyəti haqqında onun məlumatını dinləyir və təqdim edilmiş materialları nəzərdən keçirir.. İşçi üzrlü səbəb olmadan və ya üzrlü səbəbdən attestasiya komissiyasının iclasına gəlmədikdə, attestasiyadan keçirilməmiş hesab edilir. Həmin işçi attestasiya komissiyasının növbəti iclasında bu Qaydaya uyğun olaraq attestasiyadan keçməlidir. İşçi üzrlü səbəb olmadan attestasiya komissiyasının iclasına gəlmədikdə, həmin işçi barədə intizam tənbehi tədbirləri tətbiq edilə bilər.   İşçinin attestasiyasının nəticələri əsasında attestasiya komissiyası aşağıdakı qiymətlərdən birini verir:   - tutduğu vəzifəyə uyğun gəlir; - işini yaxşılaşdırsa və komissiyanın tövsiyələrini yerinə yetirsə, 1 ildən sonra təkrar attestasiyadan keçmək şərtilə tutduğu vəzifəyə uyğun gəlir; -tutduğu vəzifəyə uyğun gəlmir.    Sınaq müddəti bitmiş daimi qulluğa qəbul məsələsinə baxılan işçilərlə bağlı attestasiya komissiyası aşağıdakı qiymətlərdən birini verir: - daimi qulluğa qəbul edilə bilər; - daimi qulluğa qəbul edilə bilməz. Attestasiya komissiyası attestasiyanın nəticələri əsasında işçinin mükafatlandırılması, vəzifədə irəli çəkilməsi və ya irəli çəkilmək üçün ehtiyat kadrlar siyahısına daxil edilməsi, əlavə təhsilə cəlb olunması, qulluq fəaliyyətinin, işinin nəticələrinin yaxşılaşdırılması, aşağı və ya başqa vəzifəyə keçirilməsi, yaxud tutduğu vəzifədən azad edilməsi haqqında tövsiyələr verə bilər. Bu halda attestasiya komissiyası irəli sürdüyü tövsiyələri əsaslandırmalıdır. İşçinin fəaliyyətinə verilən qiymət və attestasiya komissiyasının tövsiyələri attestasiyadan keçən işçinin iştirakı olmadan komissiyanın iclasında açıq səsvermə yolu ilə qəbul edilir.   İşçi attestasiyanın nəticələrindən 7 iş günü müddətində inzibati qaydada və ya məhkəmə qaydasında şikayət edə bilər.

Rafiq Hüseynov Almaniyaya aparılacaq like
  • 20 Okt 11:26  
Digərləri Rafiq Hüseynov Almaniyaya aparılacaq

Xalq artisti, tanınmış diktor Rafiq Hüseynov müalicə üçün Almaniyaya ap

arrow Ətraflı
Dövlət Neft Fondunun 9 aylıq gəlir və xərcləri açıqlandı like
  • 20 Okt 11:25  
Digərləri Dövlət Neft Fondunun 9 aylıq gəlir və xərcləri açıqlandı

2017-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan Respublikası Dövlə

arrow Ətraflı
“Azərbaycan bayrağı” kitabının təqdimatı olub (FOTO) like
  • 20 Okt 11:24  
Digərləri “Azərbaycan bayrağı” kitabının təqdimatı olub (FOTO)

Dövlət Bayrağı Muzeyinin direktoru, tarix üzrə fəlsəfə doktoru Könül

arrow Ətraflı
Azərbaycanın valyuta ehtiyatları illik müqayisədə 3% artıb like
  • 20 Okt 11:21  
İqtisadiyyat Azərbaycanın valyuta ehtiyatları illik müqayisədə 3% artıb

Bu rəqəm oktyabrın 1-nə 41 187,5 mln. ABŞ dolları təşkil edib

arrow Ətraflı
Oksana: “İslamda kişilik varsa, çıxıb səbəbini desin" like
  • 20 Okt 11:21  
Şou-biznes Oksana: “İslamda kişilik varsa, çıxıb səbəbini desin"

"Maşın" şouda dostluqları bitən aktyor İslam Mehrəliyev və rə

arrow Ətraflı
Torrens şəhərinin meri: Azərbaycan ABŞ üçün regionda önəmli müttəfiqdir like
  • 20 Okt 11:21  
Digərləri Torrens şəhərinin meri: Azərbaycan ABŞ üçün regionda önəmli müttəfiqdir

ABŞ-ın Los-Anceles Vilayətinin Torrens şəhərində Azərbaycanın Dövlət

arrow Ətraflı
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən gənclərə yeni imkan like
  • 20 Okt 11:16  
Digərləri Bakı Şəhəri üzrə Təhsil İdarəsindən gənclərə yeni imkan

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən V könüllülük proqram

arrow Ətraflı
Azərbaycana ən çox sərmayə qoyan ərəb ölkələri  SİYAHI like
  • 20 Okt 11:16  
Digərləri Azərbaycana ən çox sərmayə qoyan ərəb ölkələri SİYAHI

Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurası Azərbaycan iqtisadiyya

arrow Ətraflı
"Avtobusda yaşlılara yer verməyin" like
  • 20 Okt 11:12  
Digərləri "Avtobusda yaşlılara yer verməyin"

İctimai nəqliyyat vasitələrində yaşlılara yer vermək müsbət hal kimi q

arrow Ətraflı
Sorğu: Amerikalıların 42%-i Donald Trampı ABŞ tarixinin ən pis prezidenti hesab edir like
  • 20 Okt 11:11  
Dünya Sorğu: Amerikalıların 42%-i Donald Trampı ABŞ tarixinin ən pis prezidenti hesab edir

Hər beş amerikalıdan yalnız biri (19%) D.Trampın orta səviyyəli prezident

arrow Ətraflı
Bakıda 23 yaşlı oğlanı ölümcül hala saldılar like
  • 20 Okt 11:07  
Digərləri Bakıda 23 yaşlı oğlanı ölümcül hala saldılar

Bu gün saat 04 radələrində Bakı şəhər Səbail rayonunda bıçaqlanma had

arrow Ətraflı
ABŞ-ın 2018-ci il üçün dövlət büdcəsi təsdiqlənib like
  • 20 Okt 11:02  
İqtisadiyyat ABŞ-ın 2018-ci il üçün dövlət büdcəsi təsdiqlənib

ABŞ yaxın 10 ildə büdcə kəsirini aradan qaldırmaq niyyətindədir

arrow Ətraflı
Yeni nazirdən OPEK+ açıqlaması like
  • 20 Okt 11:00  
Digərləri Yeni nazirdən OPEK+ açıqlaması

"Azərbaycan qəbul ediləcəyi təqdirdə, OPEK+ sazişinin uzadılması h

arrow Ətraflı