Torrens şəhərinin meri: Azərbaycan ABŞ üçün regionda önəmli müttəfiqdir


Digərləri 20 Okt 2017 11:21:00 123 0

Torrens şəhərinin meri: Azərbaycan ABŞ üçün regionda önəmli müttəfiqdir

ABŞ-ın Los-Anceles Vilayətinin Torrens şəhərində Azərbaycanın Dövlət Müstəqilliyi Gününə həsr olunan geniş tədbir keçirilib.

Bu xəbəri də oxu: Ziqmund Yen vəfat edib

Bakı. ABŞ-ın Los-Anceles Vilayətinin Torrens şəhərində Azərbaycanın Dövlət Müstəqilliyi Gününə həsr olunan geniş tədbir keçirilib. Azərbaycanın Los-Ancelesdəki baş konsulluğundan Trend-ə verilən məlumata görə, Torrens Şəhər Şurasının üzvü Haydi Eşkraft Azərbaycanın müstəqillik tarixi, keçdiyi uğurlu yol və əldə etdiyi nailiyyətlər haqqında tədbir iştirakçılarına məlumat verib. Sonra Torrens şəhərinin meri Patrik Fyuri çıxış edərək, meri olduğu şəhərin bu cür mötəbər tədbirə ev sahibliyi etməsindən məmnunluq duyduğunu bildirib. O, ABŞ və Azərbaycanın həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığına toxunaraq, Azərbaycanın ABŞ üçün regionda önəmli müttəfiq olduğunu vurğulayıb. Sonra Torrens Şəhər Şurası tərəfindən 18 oktyabrın bu şəhərdə Azərbaycanın Müstəqillik Günü elan edilməsi haqqında bəyannamə, şəhər meri Patrik Fyuri və Şəhər Şurasının digər üzvləri tərəfindən oxunaraq təqdim olunub. Təqdimatdan sonra Azərbaycan və ABŞ bayraqları Torrens Şəhər Meriyası qarşısına gətirilərək, təntənəli şəkildə ucaldılıb. Sonra Azərbaycanın dövlət himni səsləndirilib. Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev çıxışında xalqımızın müstəqillik uğrunda şərəfli mübarizəsi haqqında ətraflı danışaraq, dövlət üçün ağır bir dönəmdə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyimizin möhkəmləndirilməsi yönündə məqsədyönlü addımların atıldığını və nəticədə çağdaş dövlətçiliyimizin təməlinin qoyulduğunu diqqətə çatdırıb. N.Ağayev, həmçinin Azərbaycanın geostrateji mövqeyi, tarixi, zəngin mədəniyyəti, xarici siyasəti, iqtisadi inkişafı və ABŞ ilə strateji tərəfdaşlıq münasibətləri barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. Daha sonra Los-Anceles Dinlərarası Şurasının sədri, Kaliforniyanın ən nüfuzlu xristian din xadimlərindən olan yepiskop Xuan Karlos Mendez və Los-Ancelesin müsəlman icmasının tanınmış xadimi Məhəmməd Xan çıxış edərək, Azərbaycanda mövcud olan multikulturalizm və tolerantlıq ənənələri haqqında danışıblar. Onlar ölkədə müxtəlif dini və etnik mənsubiyyətə malik olan insanların sülh və əmin-amanlıq şəraitində yaşadıqlarını, Azərbaycanın unikal tolerantlıq modelinin bütün dünyaya nümunə ola biləcəyini bildiriblər. Qeyd edək ki, 150 minlik əhalisi olan Torrens şəhəri Los Anceles Vilayətinin ən böyük şəhərlərindəndir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən gənclərə yeni imkan like
  • 20 Okt 11:16  
Digərləri Bakı Şəhəri üzrə Təhsil İdarəsindən gənclərə yeni imkan

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən V könüllülük proqram

arrow Ətraflı
Azərbaycana ən çox sərmayə qoyan ərəb ölkələri  SİYAHI like
  • 20 Okt 11:16  
Digərləri Azərbaycana ən çox sərmayə qoyan ərəb ölkələri SİYAHI

Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurası Azərbaycan iqtisadiyya

arrow Ətraflı
"Avtobusda yaşlılara yer verməyin" like
  • 20 Okt 11:12  
Digərləri "Avtobusda yaşlılara yer verməyin"

İctimai nəqliyyat vasitələrində yaşlılara yer vermək müsbət hal kimi q

arrow Ətraflı
Sorğu: Amerikalıların 42%-i Donald Trampı ABŞ tarixinin ən pis prezidenti hesab edir like
  • 20 Okt 11:11  
Dünya Sorğu: Amerikalıların 42%-i Donald Trampı ABŞ tarixinin ən pis prezidenti hesab edir

Hər beş amerikalıdan yalnız biri (19%) D.Trampın orta səviyyəli prezident

arrow Ətraflı
Bakıda 23 yaşlı oğlanı ölümcül hala saldılar like
  • 20 Okt 11:07  
Digərləri Bakıda 23 yaşlı oğlanı ölümcül hala saldılar

Bu gün saat 04 radələrində Bakı şəhər Səbail rayonunda bıçaqlanma had

arrow Ətraflı
ABŞ-ın 2018-ci il üçün dövlət büdcəsi təsdiqlənib like
  • 20 Okt 11:02  
İqtisadiyyat ABŞ-ın 2018-ci il üçün dövlət büdcəsi təsdiqlənib

ABŞ yaxın 10 ildə büdcə kəsirini aradan qaldırmaq niyyətindədir

arrow Ətraflı
Yeni nazirdən OPEK+ açıqlaması like
  • 20 Okt 11:00  
Digərləri Yeni nazirdən OPEK+ açıqlaması

"Azərbaycan qəbul ediləcəyi təqdirdə, OPEK+ sazişinin uzadılması h

arrow Ətraflı
Çexiyada milyaderin baş nazir olacağı gözlənilir like
  • 20 Okt 10:59  
Dünya Çexiyada milyaderin baş nazir olacağı gözlənilir

Qərb mətbuatı çexiyalı miyaderi ABŞ prezidenti Donld Trampa oxşadırlar

arrow Ətraflı
Azərbaycanda qanunsuz ov edən ərəb saxlanıldı like
  • 20 Okt 10:58  
Digərləri Azərbaycanda qanunsuz ov edən ərəb saxlanıldı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən &qu

arrow Ətraflı
Sədr müavinindən dövlət qurumlarına İRAD like
  • 20 Okt 10:56  
Digərləri Sədr müavinindən dövlət qurumlarına İRAD

Dövlət qulluğuna qəbul üçün müsabiqədə təqdim etmək üçün vakant d

arrow Ətraflı
Avtomobildən 10 ədəd "Samsung" tapıldı   FOTO like
  • 20 Okt 10:54  
Digərləri Avtomobildən 10 ədəd "Samsung" tapıldı FOTO

Avtomobildə gizlədilən mobil telefonlar gömrükdə aşkar edilib.

arrow Ətraflı
İslam ölkələrində gənc yazıçı və rejissorlar üçün müsabiqə (FOTO) like
  • 20 Okt 10:54  
Digərləri İslam ölkələrində gənc yazıçı və rejissorlar üçün müsabiqə (FOTO)

İslam ölkələrində gənc yazıçı və rejissorlar üçün müsabiqə keçir

arrow Ətraflı
Azərbaycan Körfəz ərəb dövlətləri ilə bir sıra sənədlər imzalayıb like
  • 20 Okt 10:53  
İqtisadiyyat Azərbaycan Körfəz ərəb dövlətləri ilə bir sıra sənədlər imzalayıb

Bakıda keçirilən Azərbaycan-Körfəz ərəb dövlətləri Əməkdaşlıq Şu

arrow Ətraflı