“Azərbaycan bayrağı” kitabının təqdimatı olub (FOTO)


Digərləri 20 Okt 2017 11:24:27 111 0

“Azərbaycan bayrağı” kitabının təqdimatı olub (FOTO)

Dövlət Bayrağı Muzeyinin direktoru, tarix üzrə fəlsəfə doktoru Könül İmamverdiyevanın “Azərbaycan bayrağı” adlı kitabının təqdimatı olub.

Bakı. Dənizkənarı Bulvar İdarəsinin dəstəyi ilə Dövlət Bayrağı Muzeyinin direktoru, tarix üzrə fəlsəfə doktoru Könül İmamverdiyevanın “Azərbaycan bayrağı” adlı kitabının təqdimatı olub. Trend-in məlumatına görə, tədbirdə respublikanın tanınmış elm, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər. Kitabın müəllifi K.İmamverdiyeva çıxış edərək bildirib ki, bu nəşr bayrağımızın təkamülü, inkişaf yolları və formalaşması tarixinə həsr edilib. Kitabın hazırlanmasında məqsəd bayrağımızın müstəqil dövlətçilik tarixində, habelə gənclərin vətənpərvərlik tərbiyəsində müstəsnalığını sistemli şəkildə oxuculara çatdırmaqdır. Qeyd olunub ki, kitabda dünyada bayraqların formalaşması ilə bağlı maraqlı tarixi faktlar yer almaqla yanaşı, qədim dövrlərdən Azərbaycan ərazisində hakimiyyət rəmzi mənasını daşıyan, nişanlar şəklində meydana gələn bayrağın sonradan uzun tarixi yol keçərək müasir bayraq kimi formalaşması geniş şəkildə təhlil edilib. Bu nəşrdə qədim dövrlərdən etibarən Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin bayraqlarının müxtəlif nümunələrinə dair maraqlı məlumatlar öz əksini tapıb və həmin materiallar illüstrativ formada oxucuların diqqətinə çatdırılıb. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov kitab haqqında fikirlərini bölüşüb. O deyib ki, Azərbaycan ərazisində yaranmış orta əsr dövlətlərinin bir neçə bayrağının ilkin mənbələr əsasında tədqiqi və kitabda yer alması nəşrin elmi əhəmiyyətini artırıb. Y.Mahmudov bildirib ki, milli rəmzlərimizin bərpası və qəbulunda ulu öndər Heydər Əliyevin çoxsaylı xidmətləri olub. Bu gün Prezident İlham Əliyev dövlət bayrağımızın təbliği istiqamətində müstəsna işlərin həyata keçməsi üçün xüsusi göstərişlər verir. Digər çıxış edənlər kitabın elmi əhəmiyyətindən danışıblar. Qeyd edilib ki, belə nəşrlər vətənpərvərlik nümunəsidir. “Azərbaycan bayrağı” kitabının elmi məsləhətçisi akademik Yaqub Mahmudov, rəyçisi AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlıdır.
Azərbaycanın valyuta ehtiyatları illik müqayisədə 3% artıb like
  • 20 Okt 11:21  
İqtisadiyyat Azərbaycanın valyuta ehtiyatları illik müqayisədə 3% artıb

Bu rəqəm oktyabrın 1-nə 41 187,5 mln. ABŞ dolları təşkil edib

arrow Ətraflı
Oksana: “İslamda kişilik varsa, çıxıb səbəbini desin" like
  • 20 Okt 11:21  
Şou-biznes Oksana: “İslamda kişilik varsa, çıxıb səbəbini desin"

"Maşın" şouda dostluqları bitən aktyor İslam Mehrəliyev və rə

arrow Ətraflı
Torrens şəhərinin meri: Azərbaycan ABŞ üçün regionda önəmli müttəfiqdir like
  • 20 Okt 11:21  
Digərləri Torrens şəhərinin meri: Azərbaycan ABŞ üçün regionda önəmli müttəfiqdir

ABŞ-ın Los-Anceles Vilayətinin Torrens şəhərində Azərbaycanın Dövlət

arrow Ətraflı
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən gənclərə yeni imkan like
  • 20 Okt 11:16  
Digərləri Bakı Şəhəri üzrə Təhsil İdarəsindən gənclərə yeni imkan

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən V könüllülük proqram

arrow Ətraflı
Azərbaycana ən çox sərmayə qoyan ərəb ölkələri  SİYAHI like
  • 20 Okt 11:16  
Digərləri Azərbaycana ən çox sərmayə qoyan ərəb ölkələri SİYAHI

Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurası Azərbaycan iqtisadiyya

arrow Ətraflı
"Avtobusda yaşlılara yer verməyin" like
  • 20 Okt 11:12  
Digərləri "Avtobusda yaşlılara yer verməyin"

İctimai nəqliyyat vasitələrində yaşlılara yer vermək müsbət hal kimi q

arrow Ətraflı
Sorğu: Amerikalıların 42%-i Donald Trampı ABŞ tarixinin ən pis prezidenti hesab edir like
  • 20 Okt 11:11  
Dünya Sorğu: Amerikalıların 42%-i Donald Trampı ABŞ tarixinin ən pis prezidenti hesab edir

Hər beş amerikalıdan yalnız biri (19%) D.Trampın orta səviyyəli prezident

arrow Ətraflı
Bakıda 23 yaşlı oğlanı ölümcül hala saldılar like
  • 20 Okt 11:07  
Digərləri Bakıda 23 yaşlı oğlanı ölümcül hala saldılar

Bu gün saat 04 radələrində Bakı şəhər Səbail rayonunda bıçaqlanma had

arrow Ətraflı
ABŞ-ın 2018-ci il üçün dövlət büdcəsi təsdiqlənib like
  • 20 Okt 11:02  
İqtisadiyyat ABŞ-ın 2018-ci il üçün dövlət büdcəsi təsdiqlənib

ABŞ yaxın 10 ildə büdcə kəsirini aradan qaldırmaq niyyətindədir

arrow Ətraflı
Yeni nazirdən OPEK+ açıqlaması like
  • 20 Okt 11:00  
Digərləri Yeni nazirdən OPEK+ açıqlaması

"Azərbaycan qəbul ediləcəyi təqdirdə, OPEK+ sazişinin uzadılması h

arrow Ətraflı
Çexiyada milyaderin baş nazir olacağı gözlənilir like
  • 20 Okt 10:59  
Dünya Çexiyada milyaderin baş nazir olacağı gözlənilir

Qərb mətbuatı çexiyalı miyaderi ABŞ prezidenti Donld Trampa oxşadırlar

arrow Ətraflı
Azərbaycanda qanunsuz ov edən ərəb saxlanıldı like
  • 20 Okt 10:58  
Digərləri Azərbaycanda qanunsuz ov edən ərəb saxlanıldı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən &qu

arrow Ətraflı
Sədr müavinindən dövlət qurumlarına İRAD like
  • 20 Okt 10:56  
Digərləri Sədr müavinindən dövlət qurumlarına İRAD

Dövlət qulluğuna qəbul üçün müsabiqədə təqdim etmək üçün vakant d

arrow Ətraflı
Avtomobildən 10 ədəd "Samsung" tapıldı   FOTO like
  • 20 Okt 10:54  
Digərləri Avtomobildən 10 ədəd "Samsung" tapıldı FOTO

Avtomobildə gizlədilən mobil telefonlar gömrükdə aşkar edilib.

arrow Ətraflı