"Avtobusda yaşlılara yer verməyin"


Digərləri 20 Okt 2017 11:12:09 344 0

"Avtobusda yaşlılara yer verməyin"

İctimai nəqliyyat vasitələrində yaşlılara yer vermək müsbət hal kimi qiymətləndirilsə də, mütəxəssislər bunun əksini deyirlər.

Son.az Britaniya mediasına istinadla bildirir ki, Oksford universitetinin professoru düşünür ki, yaşlı insanların ictimai nəqliyyatda ayaq üstə qalması onların sağlamlığı üçün daha xeyirlidir.

Professor Muir Grat yaşlılara oturaq həyat tərzindən uzaqlaşıb, gündə 10 dəqiqə piyada gəzməyi, liftə minmək yerinə pilləkənlərlə çıxmağı tövsiyə edib.

"Yaş artdıqca daha çox hərəkət etməliyik. Gündə 10 dəqiqə piyada gəzin. Lift əvəzinə pilləkənlərlə qalxın. Avtobusda, metroda yaşlı birinə yer verəndə 2 dəfə düşünün. Yaşlılara yer verməyin. Ayaq üstündə qalmaq onlar üçün daha xeyirlidir".