Balların hesablanması qaydası dəyişəcək


Digərləri 20 Okt 2017 10:45:00 333 0

Balların hesablanması qaydası dəyişəcək

Dövlət qulluğuna qəbul üçün ilk müsabiqə noyabr ayında keçiriləcək.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədr müavini Bəhram Xəlilov deyib.

B.Xəlilov bildirib ki, imtahanlardan uğurla keçən namizədlərə sertifikat veriləcək. Həmin namizədlər bu sertifikatlara uyğun olaraq vakant dövlət qulluğu müsahibələrində iştirak edə biləcəklər.

Direktorlar Şurasının sədr müavini qeyd edib ki, imtahanlarda açıq tipli test suallarından da istifadə ediləcək. Bununla yanaşı, balların hesablanması qaydası dəyişəcək.