Bu il ARDNF aktivlərini 9%-ə yaxın artırıb


İqtisadiyyat 20 Okt 2017 10:36:06 139 0

Bu il ARDNF aktivlərini 9%-ə yaxın artırıb

Bu rəqəm oktyabrın 1-ə 36,02 mlrd. ABŞ dolları təşkil edib

Bu ilin yanvar–sentyabr aylarında Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) büdcə gəlirləri 8 793,4 mln. manat, büdcə xərcləri isə 6 911,7 mln. manat təşkil edib.

Bu barədə “Report” Fonda istinadən xəbər verir.

Məlumata görə, 9 ay ərzində ARDNF-in neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 7 976,7 mln. manat, o cümlədən mənfəət neftinin və qazın satışından 7 957,8 mln. manat, bonus ödənişləri 2,4 mln. manat, akrhesabı ödənişləri 3,6 mln. manat, tranzit gəlirləri 12,9 mln. manat, vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 816,7 mln. manat, valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı büdcədənkənar gəliri 582,4 mln. manat olub.

Hesabat dövründa Fond büdcəyə 4,3 mlrd. manat vəsait transfert edib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 82,5 mln. manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 39,5 mln. manat, Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə 17,2 mln. manat vəsait ayrılıb. 11,2 mln. manat vəsait "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə yönəldilib. Makroiqtisadi sabitliyin təmin edilməsi məqsədi ilə 2 448,3 mln. manat Azərbaycan Mərkəzi Bankına transfert edilib. İdarəetmə xərcləri isə 13 mln. manat təşkil edib.

Bu il oktyabrın 1-ə ARDNF-in aktivləri ilin əvvəlinə (33,147 mlrd. ABŞ dolları) nisbətən 8,67% artaraq 36,02 mlrd. dollar təşkil edib. Aktivlərin artımı Fondun büdcə gəlirləri, o cümlədən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirləri və investisiya portfelinin tərkib valyutalarının məzənnə dəyişikliyi fərqi hesabına olub. 

Pərvin Abıyevanın dəbdəbəli ad günündə qaynar rəqs  VİDEO like
  • 20 Okt 10:36  
Şou-biznes Pərvin Abıyevanın dəbdəbəli ad günündə qaynar rəqs VİDEO

Aktrisa Pərvin Abıyeva özünə dəbdəbəli ad günü mərasimi keçirib. 

arrow Ətraflı
Dövlət Neft Fondunun 9 aylıq gəlir və xərcləri açıqlanıb like
  • 20 Okt 10:35  
Digərləri Dövlət Neft Fondunun 9 aylıq gəlir və xərcləri açıqlanıb

2017-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan Respublikası Dövlə

arrow Ətraflı
Türkmənistanda əhalinin siyahıya alınması keçiriləcək like
  • 20 Okt 10:32  
Dünya Türkmənistanda əhalinin siyahıya alınması keçiriləcək

Hazırda ölkə əhalisinin sayı 5 milyon 663 min nəfərdir

arrow Ətraflı
Universitetə silahlı hücum: like
  • 20 Okt 10:31  
Dünya Universitetə silahlı hücum:

ABŞ-ın Kolorado ştatındakı eyniadlı universitetin kampusunda silahlı hüc

arrow Ətraflı
Azərbaycanda müdafiə üçün ayrılan vəsaitin məbləği məlum olub like
  • 20 Okt 10:30  
Digərləri Azərbaycanda müdafiə üçün ayrılan vəsaitin məbləği məlum olub

Azərbaycanda 2018-ci ildə dövlət büdcəsindən müdafiə üçün ayrılan v

arrow Ətraflı
Azərbaycan avtomobil idxalını 70% artırıb like
  • 20 Okt 10:29  
İqtisadiyyat Azərbaycan avtomobil idxalını 70% artırıb

Bu ilin ilk 9 ayında ölkəyə 5 783 ədəd minik avtomobili və digər motorlu

arrow Ətraflı
DİM-dən İRAD: Vakant dövlət qulluğu vəzifələrinin təqdim edilməməsi halları var like
  • 20 Okt 10:25  
Digərləri DİM-dən İRAD: Vakant dövlət qulluğu vəzifələrinin təqdim edilməməsi halları var

Dövlət qulluğuna qəbul üçün müsabiqədə təqdim etmək üçün vakant d

arrow Ətraflı
Bakıda Fransız akkordeon ifaçısının eksklüziv konserti olacaq (FOTO) like
  • 20 Okt 10:22  
Digərləri Bakıda Fransız akkordeon ifaçısının eksklüziv konserti olacaq (FOTO)

Bakıda oktyabrın 25-də Fransız akkordeon ifaçısı Rişar Qalyanonun ekskl

arrow Ətraflı
Nəqliyyat deposu uçuldu: like
  • 20 Okt 10:20  
Dünya Nəqliyyat deposu uçuldu:

Hindistanın Tamilənd ştatında nəqliyyat deposunun uçulması nəticəsində

arrow Ətraflı
Azərbaycan ilk üç rübdə xam neft ixracından 5,9 mlrd. dollar qazanıb like
  • 20 Okt 10:18  
İqtisadiyyat Azərbaycan ilk üç rübdə xam neft ixracından 5,9 mlrd. dollar qazanıb

Hesabat dövründə xam neft Azərbaycanın ümumi ixracının 72%-ni təşkil e

arrow Ətraflı
Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu kəskin azalıb like
  • 20 Okt 10:14  
İqtisadiyyat Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu kəskin azalıb

İxrac 13,4% azalaraq 8,144 mlrd. dollar, idxal 0,4% artaraq 6,178 mlrd. dollar

arrow Ətraflı