Latviya Seyminin Komissiya sədri: "Azərbaycanla əməkdaşlıq etmək Avropanın gələcəyidir"


Siyasət 20 Okt 2017 10:39:07 271 0

Latviya Seyminin Komissiya sədri: "Azərbaycanla əməkdaşlıq etmək Avropanın gələcəyidir"

"Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını azad edərsə, bu, Ermənistan xalqının və dövlətinin xeyrinə olar"

Latviya Seyminin Xalq təsərrüfatı, aqrar, regional siyasət və ətraf mühitin mühafizəsi üzrə Komissiyasının sədri, Azərbaycan-Latviya parlamentlərarası dostluq qrupunun sədr müavini Roman Naudinşin "Report"a müsahibəsi.

- Latviya və Azərbaycan arasındakı ikitərəfli əlaqələrin mövcud səviyyəsi necədir? Bir müddət əvvəl bir sıra rəsmi səfər həyata keçirilib. Bu səfərlərin ardından hansı siyasi, iqtisadi və digər layihələrin həyata keçiriləcəyi gözlənilir?

- Hazırda əlaqələr çox yaxşı səviyyədədir. Hesab edirəm ki, əlaqələr heç vaxt pis olmayıb. Azərbaycanla Latviya arasında mövcud olan dostluq münasibətlərini yalnız gücləndirə bilərik. Bunu qarşılıqlı səfərlərdən də görmək olar. Ötən il Latviya parlamentinin sədri Azərbaycana səfər edib və Azərbaycan spikerinin Latviyaya cavab səfəri baş tutub. Daha sonra Prezident İlham Əliyev Latviyaya səfər edib. Onunla birlikdə öz sahələri üzrə işlər aparan bir neçə nazir də var idi. Prezident İlham Əliyevin ölkəmizə səfər etməsi Latviya üçün çox vacib hadisə oldu.

Bu yaxınlarda Azərbaycanın ədliyyə naziri Riqaya, Latviyanın ədliyyə naziri Bakıya səfər ediblər. Yüksək çinli siyasi xadimlərin qarşılıqlı səfərləri baş tutub. Deməli, siyasi cəhətdən əlaqələrimiz əladır. Parlamentlər səviyyəsində də Milli Məclis ilə çox yaxşı münasibətlərimiz var və fikrimcə, bu, çox yaxşıdır.

Səfərlər zamanı Azərbaycan ilə Latviya arasında turizmin inkişafı məsələsi müzakirə olunub. Çünki Latviya üçün Azərbaycan hələ turzim baxımından kəşf edilmiş ölkə deyil, insanlar ölkəniz barədə çox da məlumatlı deyillər. Bu kontekstdə daha çox işləməliyik, Azərbaycan haqqında Avropada, Latviyada daha çox danışmalıyıq. Azərbaycana səfər edən hər bir şəxs bir də gəlmək istəyir. Çünki ölkəniz unikaldır, çox qonaqpərvərdir, qədim tarixə malik böyük ölkədir. Daha çox latviyalı turistin Azərbaycana getməsini və təbbii ki, Azərbaycandan da Latviyaya daha çox turistin gəlməsini istərdim. Bu mənada bütün il boyu Azərbaycan və Latviya arasında birbaşa uçuşların həyata keçirilməsi məsələsi müzakirə olundu. Bu, daha çox biznes məsələsidir, onlara uçmaq sərf edəcəkmi... Hesab edirəm ki, bu, sərfəlidir və ona görə də bunu etməyə başlamaq lazımdır. Ümid edirəm ki, indi olduğu kimi, yalnız yaz aylarında yox, gələn ilin ortalarında daha çox təyyarə uçuşu həyata keçiriləcək. 

Azərbaycanla Latviya arasındakı ticarət əlaqələri də çox vacibdir. Ticarət dövriyyəsi elə də yüksək deyil, üzərində işlənməli çox şey var. Siyasətçilər görüşüb müsbət əlaqələr göstərdikdə biznes də onların ardınca gedir və işləməyin mümkün olduğunu görür. Ticarət əlaqələrimizin yaxşılaşacağına və daha da yaxşı olacağına ümid edirəm.

Eyni zamanda, təhsil məsələləri də müzakirə olunub. Tələbə mübadiləsi proqramları tələbələrin sonradan ölkələrimiz arasındakı əlaqələri daha da inkişaf etdirməsi baxımından çox vacibdir.

Tranzit məsələsi də Azərbaycan və Latviya üçün çox vacib məsələdir. Ölkələrin bir-birindən uzaqda yerləşdiyini, aralarında 3 min km-dən çox məsafə olduğunu düşünmək olar. Amma Çin, Pakistan, Hindistan, İrandan gələn bütün mallar Azərbaycan ərazisindən keçə, daha sonra Qara dənizlə Ukraynaya və oradan da Latviya limanları vasitəsilə Baltik dənizinə çata bilər. Bundan sonra Çin və İrandan da mal alan böyük Skandinaviya bazarına - Norveç, Finlandiya, İsveçə qapı açılır. Azərbaycan malları Baltika, Riqa, Ventspils və s. limanlar vasitəsilə yüklənib-boşaldıla bilər. Bu, inkişaf etdirilməli olan böyük yeni yoldur. Bilirəm ki, Azərbaycan bunun üzərində işləyir. Bu məsələ müzakirə olunub, ümid edirəm ki, inkişaf etdiriləcək.

- Azərbaycan ilə Avropanın enerji tərəfdaşlığının mövcud vəziyyətini necə xarakterizə edərdiniz?

- Azərbaycan Avropa üçün mühüm enerji tərəfdaşıdır. Azərbaycan böyük enerji layihələrini inkişaf etdirir və məncə, bu, strateji cəhətdən düzgün addımdır. Çünki Avropanın cənub hissəsinin enerji resurslarına - əsasən qaz və neft ehtiyatlarına ehtiyacı var. Azərbaycan bu istiqamətdə doğru addımlar atır. Azərbaycan qaz və neft tədarük etsə, bu, Avropa üçün, demək olar, enerji müstəqilliyi deməkdir. Çünki hazırda bir neçə böyük enerji tədarükçüləri var, bunlar böyük dövlətlərdir. Ümid edirəm ki, Azərbaycan da bu baxımdan vacib rol oynayacaq. Təbbi, Azərbaycan kimi zəngin enerji ehtiyatları olan kiçik ölkələrə bu işləri həyata keçirmək çətindir, çox ağıllı davranmaq lazımdır. Qlobal enerji siyasəti böyük rol oynayır, nəhəng dövlətlər bu proseslərə təsir göstərmək istəyirlər, buna görə də Azərbaycana bu istiqamətdə öz siyasətini həyata keçirmək və enerji resurslarını ixrac etmək çətindir. Hesab edirəm ki, Avropa və Azərbaycan öz aralarında çox dürüst çalışmalıdır. Azərbaycanla əməkdaşlıq etmək Avropanın gələcəyidir.

- Azərbaycan avropalı tərəfdaş şirkətlərlə "Azəri", "Çıraq" və "Günəşli" neft yataqlarının işlənməsi üzrə müqavilənin müddətini 2050-ci ilə qədər uzadıb. Bu layihədən nə gözləyirsiniz?

- Ümid edirəm ki, Avropa Azərbaycanla əməkdaşlıq edəcək və müvafiq olaraq, əlaqələri inkişaf etdirəcək. Avropa bazarında nə qədər çox enerji tədarükçüsü olsa, Avropaya bir o qədər yaxşıdır. Dediyim kimi, Azərbaycan coğrafiya baxımından strateji cəhətdən çox düzgün yerdə qərarlaşıb. Əminliklə demək olar ki, öz regionunda lider dövlət, enerji resursları ilə zəngin ölkə olan Azərbaycan ilə işləmək Avropanın yoludur.

- Son vaxtlar Azərbaycan torpaqlarının 20 faizini işğal edən Ermənistan cəbhə xəttində təxribatlar törətməyə üstünlük verir, silahlı insidentləri artırır, mülki vətəndaşları qətlə yetirir. Bu il iyulun 2-də Füzuli rayonunda artilleriya atəşi nəticəsində nənə və onun iki yaşlı nəvəsinin öldürülməsi buna son nümunədir. Yeganə vasitəçi olan ATƏT-in Minsk qrupu 20 ildən çox müddətdə nəticə əldə edə bilməyib. Sizcə, bunun qarşısını almaq və mövcud status-kvonu dəyişdirmək üçün Avropa hansı addımları atmalıdır?

- Təmas xəttində baş verən insidentlər zamanı həlak olanların yaxınlarına başsağlığı vermək istəyirəm. Orada həm hərbçilər, həm də dinc sakinlər həlak olur. Bu, böyük faciədir. Ermənistan bir dövlət kimi, belə hərəkətlər sayəsində uduzur. Düşünürəm ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını azad edərsə, bu, Ermənistan xalqının və dövlətinin özünün xeyrinə olar. Çox vaxt keçib, torpaqlar işğal altında qalıb, bu, normal hal deyil, dünya ictimaiyyəti bu məsələyə diqqət yetirməli və Ermənistanla daha ciddi danışmalıdır. Dünyada işğalçılara qarşı iqtisadi sanksiyalar tətbiq edildiyini dair nümunələr görürük, lakin Ermənistana qarşı bu cür sanksiyalar yoxdur. Belə çıxır, dünyada ikili standartlar mövcuddur. Dağlıq Qarabağın işğalı barədə susurlar, amma digər münaqişələr barədə bar-bar bağırırlar. Hesab edirəm ki, beynəlxalq ictimaiyyət bu məsələyə daha çox diqqət ayırmalı və nəhayət, məsələ ilə ciddi məşğul olmalıdır. Çünki Dağlıq Qarabağ tarixən Azərbaycan torpağı olub, işğal olunmuş ərazilərdən nə qədər qaçqın var, insanlar evlərindən qovulublar, onlar yaxınlarının qəbirlərini ziyarə