Kapital Bank “İnnovasiya Ekosistemlərinin Qurulması” elmi seminarının rəsmi tərəfdaşıdır


Digərləri 20 Okt 2017 10:40:00 329 0

Kapital Bank “İnnovasiya Ekosistemlərinin Qurulması” elmi seminarının rəsmi tərəfdaşıdır

Kapital Bank 19 - 21 oktyabr 2017-ci il tarixlərində Bakı Mühəndislik Universitetində keçirilən "İnnovasiya Ekosistemlərinin Qurulması" adlı elmi seminarın rəsmi tərəfdaşıdır. Seminarı Global Innovation Catalyst şirkəti, Berkeley Kaliforniya Universiteti və Stanford Universitetindən dəvət olunmuş mütəxəssislər aparacaqlar.

Açılış mərasimində Heydər Əliyev fondunun vitse-prezidenti Leyla Əliyeva, Təhsil Naziri Mikayıl Cabbarov, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Naziri Ramin Quluzadə, İqtisadiyyat Nazirinin müavini Sevinc Həsənova, Kapital Bank-ın Müşahidə Şurasinin sədri Cəlal Qasımov və rəhbər heyəti, millət vəkilləri, dövlət rəsmiləri, rektorlar, ictimai xadimlər və digər qonaqlar iştirak edib.

Tədbirin əsas məqsədi müvafiq dövlət qurumlarında qərar verən vəzifələrdə çalışan şəxslərin innovasiya ekosisteminin qurulması üzrə yol xəritəsi sənədinin hazırlanmasına dəstək verməkdir. Seminar nəticəsində komissiya üzvləri sahibkarlıq ekosisteminin transformasiyası əsasında bilik-əsaslı və innovativ iqtisadiyyatın qurulmasına dair 3 illik fəaliyyət planı hazırlaya biləcəklər.