Atletimizdən Avropa çempionatında bürünc medal


İdman 20 Okt 2017 10:06:00 350 0

Atletimizdən Avropa çempionatında bürünc medal

Oktyabrın 15-dən 22-dək Albaniyanın Dürres şəhərində keçirilən yaşı 20 və 23-ə qədər gənclər arasında ağır atletika üzrə Avropa çempionatı davam edir.

Azərbaycan Ağır Atletika Federasiyasından (AAAF) Goal.az-a verilən məlumata görə, yarışda 36 ölkədən 405 atletin (170 qadın və 235 kişi) körpücük üzərinə çıxması gözlənilir.

Turnirdə Azərbaycanın gənclərdən ibarət yığma komandasının üzvləri də iştirak edirlər.

Onlardan daha biri – Hüseyn İsmayılov yaşı 20-yə qədər olan kişilərin 94 kq çəki dərəcəsində medal mübarizəsinə qoşulub. Atletimiz uğurlu çıxışla yadda qalıb.

Hüseyn birdən qaldırma hərəkətində 158 kq-ı ram edib və bu hərəkətdə bürünc medal qazanıb. On səkkiz yaşlı atletimiz təkanla qaldırma hərəkətində 188 kq-ı qaldıraraq bu hərəkətdə 4-cü olub.

Hüseyn İsmayılov toplam 346 kq (158+188) nəticə ilə Avropa çempionatının yekun sıralamasında 3-cü yeri tutub.