Dövlət Neft Fondunun 9 aylıq gəlir və xərcləri açıqlanıb


Digərləri 20 Okt 2017 10:35:00 108 0

Dövlət Neft Fondunun 9 aylıq gəlir və xərcləri açıqlanıb

2017-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) büdcə gəlirləri 8 793,4 milyon manat, büdcə xərcləri isə 6 911,7 milyon manat təşkil edib.

Bakı. 2017-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) büdcə gəlirləri 8 793,4 milyon manat, büdcə xərcləri isə 6 911,7 milyon manat təşkil edib. Bu barədə Trend-ə Fonddan məlumat verilib. 2017-ci ilin yanvar–sentyabr ayları ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 7 976,7 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 7 957,8 milyon manat, bonus ödənişləri 2,4 milyon manat, akrhesabı ödənişləri 3,6 milyon manat, tranzit gəlirləri 12,9 milyon manat təşkil edib. Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 816,7 milyon manata bərabər olub. Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar gəliri 582,4 milyon manat təşkil edib. Hesabat dövrü ərzində ARDNF-nin 2017-ci il büdcəsinin icrası çərçivəsində 4 300,0 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 82,5 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 39,5 milyon manat, Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə 17,2 milyon manat vəsait ayrılıb. 11,2 milyon manat vəsait "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə yönəldilib. Makroiqtisadi sabitliyin təmin edilməsi məqsədi ilə 2 448,3 milyon manat Azərbaycan Respublikasının Mərkəzi Bankına transfert edilib. 2017-ci ilin yanvar-sentyabr ayları ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 13,0 milyon manat təşkil edib. 2017-ci il oktyabrın 1-ə Fondun aktivləri 2017-ci ilin əvvəlinə (33 147,0 milyon ABŞ dolları) nisbətən 8,67% artaraq 36 020,0 milyon ABŞ dollarına bərabər olub. Aktivlərin artımı Fondun büdcə gəlirləri, o cümlədən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirləri və investisiya portfelinin tərkib valyutalarının məzənnə dəyişikliyi fərqi hesabına olub.
Türkmənistanda əhalinin siyahıya alınması keçiriləcək like
  • 20 Okt 10:32  
Dünya Türkmənistanda əhalinin siyahıya alınması keçiriləcək

Hazırda ölkə əhalisinin sayı 5 milyon 663 min nəfərdir

arrow Ətraflı
Universitetə silahlı hücum: like
  • 20 Okt 10:31  
Dünya Universitetə silahlı hücum:

ABŞ-ın Kolorado ştatındakı eyniadlı universitetin kampusunda silahlı hüc

arrow Ətraflı
Azərbaycanda müdafiə üçün ayrılan vəsaitin məbləği məlum olub like
  • 20 Okt 10:30  
Digərləri Azərbaycanda müdafiə üçün ayrılan vəsaitin məbləği məlum olub

Azərbaycanda 2018-ci ildə dövlət büdcəsindən müdafiə üçün ayrılan v

arrow Ətraflı
Azərbaycan avtomobil idxalını 70% artırıb like
  • 20 Okt 10:29  
İqtisadiyyat Azərbaycan avtomobil idxalını 70% artırıb

Bu ilin ilk 9 ayında ölkəyə 5 783 ədəd minik avtomobili və digər motorlu

arrow Ətraflı
DİM-dən İRAD: Vakant dövlət qulluğu vəzifələrinin təqdim edilməməsi halları var like
  • 20 Okt 10:25  
Digərləri DİM-dən İRAD: Vakant dövlət qulluğu vəzifələrinin təqdim edilməməsi halları var

Dövlət qulluğuna qəbul üçün müsabiqədə təqdim etmək üçün vakant d

arrow Ətraflı
Bakıda Fransız akkordeon ifaçısının eksklüziv konserti olacaq (FOTO) like
  • 20 Okt 10:22  
Digərləri Bakıda Fransız akkordeon ifaçısının eksklüziv konserti olacaq (FOTO)

Bakıda oktyabrın 25-də Fransız akkordeon ifaçısı Rişar Qalyanonun ekskl

arrow Ətraflı
Nəqliyyat deposu uçuldu: like
  • 20 Okt 10:20  
Dünya Nəqliyyat deposu uçuldu:

Hindistanın Tamilənd ştatında nəqliyyat deposunun uçulması nəticəsində

arrow Ətraflı
Azərbaycan ilk üç rübdə xam neft ixracından 5,9 mlrd. dollar qazanıb like
  • 20 Okt 10:18  
İqtisadiyyat Azərbaycan ilk üç rübdə xam neft ixracından 5,9 mlrd. dollar qazanıb

Hesabat dövründə xam neft Azərbaycanın ümumi ixracının 72%-ni təşkil e

arrow Ətraflı
Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu kəskin azalıb like
  • 20 Okt 10:14  
İqtisadiyyat Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu kəskin azalıb

İxrac 13,4% azalaraq 8,144 mlrd. dollar, idxal 0,4% artaraq 6,178 mlrd. dollar

arrow Ətraflı
Gürcüstandan ölkəyə qanunsuz gətirilən telefonlar müsadirə olunub (FOTO) like
  • 20 Okt 10:14  
Digərləri Gürcüstandan ölkəyə qanunsuz gətirilən telefonlar müsadirə olunub (FOTO)

Avtomobildə gizlədilən mobil telefonlar gömrükdə aşkar edilib.

arrow Ətraflı