Bakıda 2 otaqlı evdə yanğın olub


Digərləri 20 Okt 2017 09:51:44 273 0

Bakıda 2 otaqlı evdə yanğın olub

Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 65 kv.m olan 2 otaqlı mənzildə yanğın olub.

Bakı. Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 65 kv.m olan 2 otaqlı mənzildə yanğın olub. Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, mənzilin eyvanında qaz xətti 0,5 p.m və eyvanın lambirdən ibarət üzlüyü 1 kv.m sahədə yanıb. Mənzil yanğından mühafizə olunub. Yanğın söndürülüb.