"Dağlıq Qarabağ münaqişəsinin bu prinsiplərdən başqa həll variantı yoxdur"


Siyasət 20 Okt 2017 09:25:00 58 0

"Dağlıq Qarabağ münaqişəsinin bu prinsiplərdən başqa həll variantı yoxdur"

Oktyabrın 18-də ABŞ Senatının "Rassel" binasında "Dağlıq Qarabağda tammiqyaslı müharibəyə yol verilməməlidir: Birləşmiş Ştatların və ATƏT-in rolu" mövzusunda brifinq əslində Ermənistanı təbliğ etmək və Ermənistan üçün ABŞ-dan daha çox yardım almaq məqsədi daşıyırdı.

Son.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

Deputat bildirib ki, məhz bu məqsədlə də tədbirin iştirakçıları bu mövqedən çıxış edən adamlardan seçilmişdi və çıxışlar bu istiqamətdə edilirdi: "Bununla belə, az da olsa, ATƏT-in Minsk qrupunun ABŞ-dan olan keçmiş həmsədri Ceyms Uorlik və digərləri tərəfindən obyektivliyə yaxın mövqelər də ortaya qoyuldu. Bu da məsələnin beynəlxalq hüquq normaları çərçivəsində həlli və problemə mərhələli planla son qoymaqdan ibarətdir".

A.Mirzəzadə bildirib ki, mərhələli plan isə Azərbaycanın Dağlıq Qarabağ regionu ətrafındakı rayonlardan Ermənistan silahlı qüvvələrinin çıxarılması, Laçın dəhlizinin açılması, Dağlıq Qarabağa müvəqqəti status verilməsindən ibarətdir: "Bu prinsiplər ortadadır və dəfələrlə müzakirəsi aparılıb. Bu prinsiplərin ABŞ-da keçirilən brifinqdə yenidən səslənməsi bir daha göstərir ki, problemin bundan başqa çıxış yolu yoxdur. Azərbaycan başqa variantla razı olmayacaq, Ermənistan isə köhnə mövqeyində qalmaqla sadəcə olaraq öz ağır vəziyyətini daha da ağırlaşdıracaq".

Qeyd edək ki, okyabrın 18-də ABŞ Senatının "Rassel" binasında "Dağlıq Qarabağda tammiqyaslı müharibəyə yol verilməməlidir: Birləşmiş Ştatların və ATƏT-in rolu" mövzusunda keçirilən brifinqdə 2013-2016-cı illərdə Minsk qrupunun amerikalı həmsədri olmuş səfir Ceyms Uorlik çıxış edib. O bildirib ki, Madrid prinsiplərinə əsaslanan altı elementın sülh sazişinin tərkib hissəsi olmalı və vahid paket kimi qəbul edilməlidir. Birinci element Dağlıq Qarabağa müvəqqəti status verilməsindən ibarətdir. Onun qəti hüquqi statusu gələcəkdə tərəflərin qarşılıqlı razılığı ilə öz iradələrini ifadə etmələri vasitəsilə müəyyən olunacaq. İkinci element nəzarət edilməyən keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati sərhədləri daxilindəki əraziyə müvəqqəti status verilməsini, bu müddətdə təhlükəsizliyin minimal qarantiyasını və özünüidarəni nəzərdə tutur. Üçüncü element ondan ibarətdir ki, Dağlıq Qarabağ ətrafındakı işğal edilmiş ərazilər Azərbaycanın nəzarəti altına qaytarılmalıdır. Çünki Azərbaycanın suverenliyinə hörmət edilmədən tənzimləmə mümkün ola bilməz. Dördüncü element Dağlıq Qarabağı Ermənistanla birləşdirən "Laçın dəhlizi"nin mövcud olmasını nəzərdə tutur. Bu dəhliz hərəkət etmək üçün kifayət qədər olmalı, lakin bütün Laçın rayonunu əhatə etməməlidir. Beşinci element məcburi köçkünlərə öz əvvəlki daimi yaşayış yerlərinə qayıtmaq hüququ verilməsindən ibarətdir. Nəhayət, altıncı element təhlükəsizliyə beynəlxalq qarantiyaları, o cümlədən sülhyaratma əməliyyatını nəzərdə tutur.

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində

Sumqayıtda ev yandı like
  • 20 Okt 09:20  
Digərləri Sumqayıtda ev yandı

Sumqayıt şəhərində ümumi sahəsi 40 m2 olan birmərtəbəli 2 otaqlı evin

arrow Ətraflı
"Bizim ən əsas səhvimiz ondadır ki..." like
  • 20 Okt 09:14  
Dünya "Bizim ən əsas səhvimiz ondadır ki..."

Rusiya prezidenti Vladimir Putin Qərblə münasibətlərdə ölkəsinin əsas s

arrow Ətraflı
Gələn il Azərbaycanın dövlət büdcəsi 21 mlrd. manata yaxın olacaq like
  • 20 Okt 09:13  
İqtisadiyyat Gələn il Azərbaycanın dövlət büdcəsi 21 mlrd. manata yaxın olacaq

Azərbaycanın 2018-ci il dövlət büdcəsinin gəlirləri isə 20,127 mlrd. ma

arrow Ətraflı
Deputat: Dağlıq Qarabağ münaqişəsinin bu prinsiplərdən başqa həll variantı yoxdur like
  • 20 Okt 09:13  
Digərləri Deputat: Dağlıq Qarabağ münaqişəsinin bu prinsiplərdən başqa həll variantı yoxdur

Bu prinsiplərin ABŞ-da keçirilən brifinqdə yenidən səslənməsi bir daha

arrow Ətraflı
Ermənilər atəşkəs rejimini 143 dəfə pozublar like
  • 20 Okt 09:11  
Siyasət Ermənilər atəşkəs rejimini 143 dəfə pozublar

Düşmən iriçaplı pulemyotlardan da istifadə edib

arrow Ətraflı
Baba Rzayev: Azərbaycanda 40 110 kV-luq yarımstansiya tikilib like
  • 20 Okt 09:06  
Digərləri Baba Rzayev: Azərbaycanda 40 110 kV-luq yarımstansiya tikilib

Azərbaycanda ötən 10 ildə "Azərişıq"ın balansındakı paylayıcı elektr

arrow Ətraflı
Azərbaycandakı elektrik şəbəkələrinin qoyuluş gücü bu il 12 min MVA-ya çatacaq like
  • 20 Okt 09:04  
İqtisadiyyat Azərbaycandakı elektrik şəbəkələrinin qoyuluş gücü bu il 12 min MVA-ya çatacaq

“Azərişıq”ın regional elektrik şəbəkələrində texniki itkilər bu i

arrow Ətraflı
Azərbaycanın 2018-ci il dövlət büdcəsinin proqnozları açıqlanıb like
  • 20 Okt 08:59  
Digərləri Azərbaycanın 2018-ci il dövlət büdcəsinin proqnozları açıqlanıb

Azərbaycanın 2018-ci il dövlət büdcəsinin proqnozları açıqlanıb.

arrow Ətraflı
Forecast for 2018-state budget of Azerbaijan revealed like
  • 20 Okt 08:58  
Digərləri Forecast for 2018-state budget of Azerbaijan revealed

The state budget of Azerbaijan for 2018 is forecasted with revenues in the amoun

arrow Ətraflı
Payız depressiyası like
  • 20 Okt 08:52  
Digərləri Payız depressiyası

Payızın gəlişi bir sıra hallarda əhvali-ruhiyyəni pisləşməsi, süstlü

arrow Ətraflı
Qaçqın düşərgəsində doğulan gözəl Hollivudun gündəmi oldu  FOTO like
  • 20 Okt 08:52  
Digərləri Qaçqın düşərgəsində doğulan gözəl Hollivudun gündəmi oldu FOTO

1993-cü ildə Suriyadakı bir qaçqın düşərgəsində dünyaya gələn iraql

arrow Ətraflı
Kompüteriniz üçün maraqlı şəkillər  FOTOSESSİYA like
  • 20 Okt 08:45  
Digərləri Kompüteriniz üçün maraqlı şəkillər FOTOSESSİYA

Son.az kompüteriniz üçün maraqlı fotoları təqdim edir.

arrow Ətraflı
İsrail ordusu mərmiyə cavab olaraq Suriya ərazisinə zərbə vurub like
  • 20 Okt 08:42  
Dünya İsrail ordusu mərmiyə cavab olaraq Suriya ərazisinə zərbə vurub

İsrail qoşunları Suriya ərazisindən buraxılan mərmiyə cavab olaraq atə

arrow Ətraflı
ABŞ Çindən Şimali Koreya məsələsində irəlləyiş gözləyir like
  • 20 Okt 08:40  
Dünya ABŞ Çindən Şimali Koreya məsələsində irəlləyiş gözləyir

Birləşmiş Ştatlar Çindən Şimali Koreya məsələsində böyük irəlləyi

arrow Ətraflı