Gələn il Azərbaycanın dövlət büdcəsi 21 mlrd. manata yaxın olacaq


İqtisadiyyat 20 Okt 2017 09:13:55 271 0

Gələn il Azərbaycanın dövlət büdcəsi 21 mlrd. manata yaxın olacaq

Azərbaycanın 2018-ci il dövlət büdcəsinin gəlirləri isə 20,127 mlrd. manat həcmində təsdiqlənib

Azərbaycanın 2018-ci il dövlət büdcəsinin gəlirləri 20,127 mlrd. manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 19,476 mlrd. manat, yerli gəlirləri 650,671 mln. manat), xərcləri isə 20,906 mlrd. manat (o cümlədən, mərkəzləşdirilmiş xərcləri 20,182 mlrd. manat, yerli xərcləri isə 724,092 mln. manat) təşkil edəcək.

Bu barədə “Report” gələn ilin dövlət büdcəsi haqqında qanuna istinadən xəbər verir.

Beləliklə, 2018-ci ildə büdcənin kəsiri 778,7 mln. manat olacaq.