Kəmiyyət artıb, bəs keyfiyyət?


Digərləri 20 Okt 2017 08:31:00 327 0

Kəmiyyət artıb, bəs keyfiyyət?

Turizm şirkətlərinin sayı sürətlə artsa da, xidmət keyfiyyəti ilə bağlı problemlər hələ qalır 

Turizm son zamanlar inkişafdadır. Dünyanın bir sıra ölkələrindən turistlərin gəlməsi Azərbaycanın dünya miqyasında tanınmasına əhəmiyyətli təsir göstərir. Hazırkı vəziyyətdə turizm qeyri-neft sektorunun ən aktiv sahədir desək, yanılmarıq. Sahənin aktivliyi ona olan tələbatı artırır. Və bu aktivliyin daimiliyinə nail olmaq üçün tələbi ödəyən təkliflər irəli sürülməlidir. Bu işdə isə turizm şirkətlərinin rolu danılmazdır.  

Bu ilin 9 ayı ərzində Azərbaycanda daxili və xarici turistlərin sayı 3,5 milyon nəfər olub. Son.az Trend-ə istinadən bildirir ki, bunu mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun (CEIBC) üzvləri ilə görüşündə deyib.

N.Səmədov bildirib ki, bu ilin ilk 8 ayı ərzində xarici vətəndaşlar ölkədə bank kartları vasitəsilə 703 milyon manat ödəyiblər. Ötən il ərzində isə bu məbləğ 603 milyon manat təşkil edib. Ümumi hesablamalara görə, xarici vətəndaşlar ölkədə ümumilikdə 1,3 milyard manat xərcləyiblər.

Nazir müavini əlavə edib ki, Azərbaycanda turizm şirkətlərinin sayı fantastik həddə çatıb: "Ölkədə 1441 turizm şirkəti qeydiyyatdan keçib".