Bakıda kişi yüksək dozada narkotik maddə qəbul edərək ölüb


Digərləri 20 Okt 2017 08:39:00 258 0

Bakıda kişi yüksək dozada narkotik maddə qəbul edərək ölüb

Faktla bağlı araşdırma aparılır

Bakıda 46 yaşlı kişi yüksək dozada narkotik maddə qəbul etməsi səbəbindən ölüb.

Son.az report.az-a istinadən bildirir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, Maştağa qəsəbəsində 1971-ci il təvəllüdlü Eldəniz Həsənov yüksək dozada narkotik maddə qəbul edərək dünyasını dəyişib. Onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sabunçu Rayon Şöbəsinə təhvil verilib.