Səhiyyə Nazirliyi əhali arasında yayılan xəstəliklə bağlı açıqlama verdi


Digərləri 20 Okt 2017 07:52:00 319 0

Səhiyyə Nazirliyi əhali arasında yayılan xəstəliklə bağlı açıqlama verdi

Azərbaycanda bu ilin 9 ayı ərzində kəskin respirator virus infeksiyalarına yoluxma səviyyəsi keçən ilin müvafiq dövrü ilə müqayisədə 11 faiz azalıb.

Son.az bildirir ki, bunu Trend-ə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva deyib.

Onun sözlərinə görə, oktyabrın ötən 2 həftəsi ərzində də xəstələnmə səviyyəsi ötən ilin müvafiq dövründəki səviyyə ilə eyni olub:

"Respublika üzrə qeydə alınan yoluxma hadisələri barədə mərkəzə məlumatlar verilir. Məlumatların təhlili göstərir ki, kəskin respirator virus infeksiyalarının artımı hələ müşahidə olunmur, vəziyyət stabildir. Yəni, xəstəlik sayı mövsümi qaydada qeydə alınır. Buna baxmayaraq, profilaktik, müşahidə tədbirləri aparılır, dezinfeksiya tədbirlərinin gücləndirilməsi üçün işlər görülür".