Səhiyyə Nazirliyi əhali arasında yayılan xəstəliklə bağlı açıqlama verdi


Digərləri 20 Okt 2017 07:45:49 74 0

Səhiyyə Nazirliyi əhali arasında yayılan xəstəliklə bağlı açıqlama verdi

Azərbaycanda bu ilin 9 ayı ərzində kəskin respirator virus infeksiyalarına yoluxma səviyyəsi keçən ilin müvafiq dövrü ilə müqayisədə 11 faiz azalıb.

Bakı. İlhamə İsabalayeva – Azərbaycanda bu ilin 9 ayı ərzində kəskin respirator virus infeksiyalarına yoluxma səviyyəsi keçən ilin müvafiq dövrü ilə müqayisədə 11 faiz azalıb. Bunu Trend-ə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva deyib. Onun sözlərinə görə, oktyabrın ötən 2 həftəsi ərzində də xəstələnmə səviyyəsi ötən ilin müvafiq dövründəki səviyyə ilə eyni olub: "Respublika üzrə qeydə alınan yoluxma hadisələri barədə mərkəzə məlumatlar verilir. Məlumatların təhlili göstərir ki, kəskin respirator virus infeksiyalarının artımı hələ müşahidə olunmur, vəziyyət stabildir. Yəni, xəstəlik sayı mövsümi qaydada qeydə alınır. Buna baxmayaraq, profilaktik, müşahidə tədbirləri aparılır, dezinfeksiya tədbirlərinin gücləndirilməsi üçün işlər görülür". A.Əliyeva bildirib ki, Səhiyyə Nazirliyinin Respublika Taun Əleyhinə Stansiyasında aparılan laborator müayinələr zamanı Azərbaycanda qrip virusu aşkarlanmayıb: "Xəstəliyə o zaman qrip deyilə bilər ki, nümunələrdə hər hansı virus aşkarlanır və bunun da əsasında qrip diaqnozu qoyulur. Amma daxil olan nümunələrdən aydın olur ki, insanlarda müşahidə edilən xəstələnmələr soyuqdəymələr və kəskin respirator virus infeksiyalarıdır. Bunlar da mövsümi xarakter daşıyan xəstəliklərdir". Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı 2017-2018-ci ilin payız-qış mövsümündə qripin növbəti ştamlarının - qrip B-Brisben, qrip A-H3N2 (Honkonq) və H1N1-Miçiqan qriplərinin üstünlüyünü proqnozlaşdırıblar.
"Gülən fındığ"ın həyatverici keyfiyyətləri like
  • 20 Okt 07:41  
Digərləri "Gülən fındığ"ın həyatverici keyfiyyətləri

Fıstıq haqqında ilk məlumatlar eramızdan əvvəl VII minillikdə Türkiyəd

arrow Ətraflı
Gürcüstanda azərbaycanlı deputatlığa namizəd güllələnib - YENİLƏNİB like
  • 20 Okt 07:36  
Dünya Gürcüstanda azərbaycanlı deputatlığa namizəd güllələnib - YENİLƏNİB

Deputatlığa namizədin dostları və qaynatası da güllə yarası alıblar

arrow Ətraflı
Bu ölkədə cins şalvar geyinmək, saç boyamaq qadağandır like
  • 20 Okt 07:35  
Digərləri Bu ölkədə cins şalvar geyinmək, saç boyamaq qadağandır

Hər bir ölkənin özünəməxsus adət-ənənələri, qayda-qanunları var.

arrow Ətraflı
Yol polisindən uşaqlarla bağlı ailə və məktəblərə müraciət like
  • 20 Okt 07:21  
Digərləri Yol polisindən uşaqlarla bağlı ailə və məktəblərə müraciət

"Bu ilin ilk 9 ayı ərzində Bakı şəhəri üzrə azyaşlı uşaqların

arrow Ətraflı
Payızın rəngləri  FOTOREPORTAJ like
  • 20 Okt 07:14  
Digərləri Payızın rəngləri FOTOREPORTAJ

Fəsillərin sarı gəlini olan payız ruha qida verir, duyğularımızı təzə

arrow Ətraflı
Sürücülər arasında yeni "dəb"  Cəzaları daha ağır olacaq like
  • 20 Okt 07:07  
Digərləri Sürücülər arasında yeni "dəb" Cəzaları daha ağır olacaq

Bakıda yol-nəqliyyat hadisəsi yerindən qaçaraq məsuliyyətdən yayınmağa

arrow Ətraflı
Finlandiyanın XİN rəhbəri ölkənin NATO-ya daxil olmasını istisna etməyib like
  • 20 Okt 06:25  
Dünya Finlandiyanın XİN rəhbəri ölkənin NATO-ya daxil olmasını istisna etməyib

Timo Soyni: "Rusiya tərəfindən təhlükələr hiss etmir və heç nədən qor

arrow Ətraflı
Abşeronda orta yaşlı qadını avtomobil vurub like
  • 20 Okt 05:46  
Sosial Abşeronda orta yaşlı qadını avtomobil vurub

Şakirova Xasan xəstəxanaya yerləşdirilib

arrow Ətraflı
Avstriyada növbədənkənar parlament seçkilərinin nəticələri açıqlanıb like
  • 20 Okt 04:49  
Dünya Avstriyada növbədənkənar parlament seçkilərinin nəticələri açıqlanıb

Mühafizəkar Avstriya Xalq Partiyası seçkilərdə qələbə qazanıb

arrow Ətraflı
Avropa Birliyi liderləri İranla nüvə razılaşmasına sadiqliklərini təsdiqləyiblər like
  • 20 Okt 04:08  
Dünya Avropa Birliyi liderləri İranla nüvə razılaşmasına sadiqliklərini təsdiqləyiblər

Federika Moqerini: "Nüvə razılaşmasının tam icrasına sadiq qalırıq"

arrow Ətraflı