Gürcüstanda azərbaycanlı deputatlığa namizəd güllələnib - YENİLƏNİB


Dünya 20 Okt 2017 07:36:00 77 0

Gürcüstanda azərbaycanlı deputatlığa namizəd güllələnib - YENİLƏNİB

Deputatlığa namizədin dostları və qaynatası da güllə yarası alıblar

Oktyabrın 19-da Marneuli rayonunun Qızılhacılı kəndindəki seçki qərargahının önündə naməlum şəxslərin açdıqları atəş nəticəsində daha bir nəfərin yaralandığı məlum olub.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, hadisə zamanı kənd sakini Elmar Hüseynov da sol ayaq nahiyəsindən güllə yarası alıb.

Hazırda Ceyhun Çovdarov, qayınatası Azad Çobanov, digər kənd sakinləri - Vüqar Bayramov, Anar Məmişov və Elmar Hüseynov Marneulidəki xəstəxanadadırlar. Vəziyyəti nisbətən yaxşı olan Anar Məmişov xəstəxanadan evə buraxılıb. Digər yaralıların da vəziyyəti qənaətbəxş qiymətləndirilir.

Gecə saatlarında Gürcüstanın daxili işlər naziri Giorgi Mqebrişvili hadisə yerində olub və cinayətkarların təcili tapılaraq istintaqa cəlb olunması barədə tapşırıqlar verib. 

Qeyd edək ki, Gürcüstanın azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunun Qızılhacılı kəndində deputatlığa namizəd güllələnib. Yaralanan şəxs “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasından rayon bələdiyyə üzvlüyünə majoritar namizəd irəli sürülən Ceyhun Çovdarovdur. Deputatlığa namizədin dostları - Anar Məmişov, Vüqar Bayramov və C. Çovdarovun qaynatası Azad Çobanov da güllə yarası alıblar.

***00:07

Gürcüstanın azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunun Qızılhacılı kəndində deputatlığa namizəd güllələnib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, hadisə oktyabrın 19-da axşam saatlarında baş verib.

Yaralanan şəxs “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasından rayon bələdiyyə üzvlüyünə majoritar namizəd irəli sürülən Ceyhun Çovdarovdur.

Hadisə Qızılhacılı kəndindəki seçki qərargahının önündə baş verib.

Məlumata görə, deputatlığa namizədin dostları - Anar Məmişov, Vüqar Bayramov və C. Çovdarovun qaynatası Azad Çobanov da güllə yarası alıblar.

Hadisəni törədənlər haqqında məlumat verilmir.

Yaralılar təcili olaraq xəstəxanaya çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, yaralanan şəxslərdən Ceyhun Çovdarov və Vüqar Bayramovun vəziyyəti orta ağırdır. 

Qızılhacılı kənd sakinləri bildirib ki, C.Çovdarov xeyriyyəçilik fəaliyyəti ilə məşğul olub. O, kənd yollarının təmir olunmasında, əhalinin içməli su və digər problemlərinin həllində yaxından iştirak edib. 

Gürcüstan DİN faktla bağlı araşdırma aparılır.

Bu ölkədə cins şalvar geyinmək, saç boyamaq qadağandır like
  • 20 Okt 07:35  
Digərləri Bu ölkədə cins şalvar geyinmək, saç boyamaq qadağandır

Hər bir ölkənin özünəməxsus adət-ənənələri, qayda-qanunları var.

arrow Ətraflı
Yol polisindən uşaqlarla bağlı ailə və məktəblərə müraciət like
  • 20 Okt 07:21  
Digərləri Yol polisindən uşaqlarla bağlı ailə və məktəblərə müraciət

"Bu ilin ilk 9 ayı ərzində Bakı şəhəri üzrə azyaşlı uşaqların

arrow Ətraflı
Payızın rəngləri  FOTOREPORTAJ like
  • 20 Okt 07:14  
Digərləri Payızın rəngləri FOTOREPORTAJ

Fəsillərin sarı gəlini olan payız ruha qida verir, duyğularımızı təzə

arrow Ətraflı
Sürücülər arasında yeni "dəb"  Cəzaları daha ağır olacaq like
  • 20 Okt 07:07  
Digərləri Sürücülər arasında yeni "dəb" Cəzaları daha ağır olacaq

Bakıda yol-nəqliyyat hadisəsi yerindən qaçaraq məsuliyyətdən yayınmağa

arrow Ətraflı
Finlandiyanın XİN rəhbəri ölkənin NATO-ya daxil olmasını istisna etməyib like
  • 20 Okt 06:25  
Dünya Finlandiyanın XİN rəhbəri ölkənin NATO-ya daxil olmasını istisna etməyib

Timo Soyni: "Rusiya tərəfindən təhlükələr hiss etmir və heç nədən qor

arrow Ətraflı
Abşeronda orta yaşlı qadını avtomobil vurub like
  • 20 Okt 05:46  
Sosial Abşeronda orta yaşlı qadını avtomobil vurub

Şakirova Xasan xəstəxanaya yerləşdirilib

arrow Ətraflı
Avstriyada növbədənkənar parlament seçkilərinin nəticələri açıqlanıb like
  • 20 Okt 04:49  
Dünya Avstriyada növbədənkənar parlament seçkilərinin nəticələri açıqlanıb

Mühafizəkar Avstriya Xalq Partiyası seçkilərdə qələbə qazanıb

arrow Ətraflı
Avropa Birliyi liderləri İranla nüvə razılaşmasına sadiqliklərini təsdiqləyiblər like
  • 20 Okt 04:08  
Dünya Avropa Birliyi liderləri İranla nüvə razılaşmasına sadiqliklərini təsdiqləyiblər

Federika Moqerini: "Nüvə razılaşmasının tam icrasına sadiq qalırıq"

arrow Ətraflı
Fransada "Paris Azərbaycan Evi"nin 25 illik yubileyi qeyd edilib like
  • 20 Okt 03:35  
Siyasət Fransada "Paris Azərbaycan Evi"nin 25 illik yubileyi qeyd edilib

Tədbirdə rəsmi şəxslər, ictimaiyyət nümayəndələri iştirak edib

arrow Ətraflı
Əməliyyatdan sonra inanılmaz dəyişilən məşhurlar  FOTO like
  • 20 Okt 03:30  
Digərləri Əməliyyatdan sonra inanılmaz dəyişilən məşhurlar FOTO

Son.az axşam.az-a istinadən estetik əməliyyatla inanılmaz dərəcədə də

arrow Ətraflı