Fərqli dad: susuz un halvası


Digərləri 20 Okt 2017 07:00:00 441 0

Fərqli dad: susuz un halvası

Fərqli dadlarda şirniyyat yeməyi hər birimiz xoşlayırıq. Fərqli dadda şirniyyat yemək istəyirsinizsə bu resepti sınayın. Son.az ailem.az-a istinadən susuz un halvasının reseptini təqdim edir.

Lazım olanlar:   500 qram un 250 qram pudra şəkəri 400 qram kərə yağı 1 çay qaşığı rəndələnmiş limon 150 qram iri döyülmüş fındıq 1 paket vanil   Hazırlanması:   Unu bir qazana tökün, az odda yavaş-yavaş, rəngi dönənə qədər qovurun. Yağı ayrı bir qabda yumşalana qədər otaq temperaturunda saxlayın. Xəfifcə qovrulmuş unun içinə yumşaldılmış kərə yağını tökün və qovurmağa davam edin. Digər yandan iri döyülmüş fındığı əlavə edərək, daha az odda qovurun. Un və yağ yumşalıb asan qarışmağa başlayanda halvanı ocaqdan götürün. Dərhal halvanın içinə zaman pudra şəkəri, vanil və limon rəndəsini tökün və qarışdırın. İsti-isti qaşığa doldurub üzərinə başqa bir qaşıqla basın. Forma verdiyiniz halvaları düz bir boşqaba sıra ilə düzün.   Nuş olsun!