Meksikada quldurlarla atışma olub: ölənlər var


Dünya 20 Okt 2017 05:16:29 305 0

Meksikada quldurlarla atışma olub: ölənlər var

Atışma zamanı 5 cinayətkar öldürülüb

Meksikanın Sonora ştatında hüquq-mühafizə orqanlarının əməkdaşları ilə quldurlar arasında atışma olub.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ştatın prokuroru Rodolf Montes-de-Oka xəbər verib.

Onun sözlərinə görə, toqquşma Ermosil şəhərində olub. Belə ki, quldurlar evlərdən birində axtarış aparmaq istəyən polislərə hücum edib. Atışma zamanı 5 cinayətkar öldürülüb.

Silahlı insident zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları arasında zərər çəkən olmayıb. Hakimiyyət orqanları bildiriblər ki, cinayətkarlar evdə narkotik maddələrin satışı mərkəzini təşkil ediblər.