Avropa Birliyi liderləri İranla nüvə razılaşmasına sadiqliklərini təsdiqləyiblər


Dünya 20 Okt 2017 04:08:27 341 0

Avropa Birliyi liderləri İranla nüvə razılaşmasına sadiqliklərini təsdiqləyiblər

Federika Moqerini: "Nüvə razılaşmasının tam icrasına sadiq qalırıq"

Avropa Birliyi ölkələrinin liderləri 2015-ci ildə İranla bağlanmış nüvə razılaşmasına tam sadiq olduqlarını təsdiq ediblər. 

"Report" xəbər verir ki, bu haqda "Reuters" bildirir.

Beləliklə, qeyd edilir ki, onlar ABŞ prezidenti Donald Trampın aktiv tənqid etdiyi sazişin ləğv edilmədiyinə ümid edirlər.

"Nüvə razılaşmasının tam icrasına sadiq qalırıq. Biz buna Avropa Birliyi və region üçün əsas təhlükəsizlik məsələsi kimi buna baxırıq", - deyə Avropa diplomatiyasının başçısı Federika Moqerini bildirib.

Daha əvvəl Tramp İranla nüvə sazişinin tam ləğvini real imkan adlandırıb.