Əməliyyatdan sonra inanılmaz dəyişilən məşhurlar FOTO


Digərləri 20 Okt 2017 03:30:00 389 0

Əməliyyatdan sonra inanılmaz dəyişilən məşhurlar  FOTO

Son.az axşam.az-a istinadən estetik əməliyyatla inanılmaz dərəcədə dəyişilən məşhurlar haqda məlumat verir:

1976-cı ildə 67 yaşında atletika olimpiadasında qızıl medal qazanan idmançı Brus Cenner 2015-ci ildə arvadından boşanıb və cinsiyyət dəyişdirmə əməliyyatı ilə qadına çevrilib. Bundan sonra o, özünə Ketrin Cenner adı götürüb.

Canes Dikenson bir zamanların ən gözəl modeli olub. Hətta "Vogue" jurnalının üz qabığında 37 dəfə çəkilib. Gənc olarkən döş xərçənginə tutulub. İlk əməliyyatı onda keçirib və xəstəlikdən birdəfəlik qurtulub. Daha sonra bir neçə dəfə estetik əməliyyatlar etdirən Canesin son halı görənləri məyus edir.

Məşhur televiziya aparıcısı Aaron Spellinqin aktrisa qızı Tori Spellinq ilk əməliyyatı 16 yaşında etdirib. Burnunu düzəltdirən və sinəsinə silikon qoyduran aktrisa nəticədən məmnun qalmasa da, amma artıq gec olub. Hazırda Tori 5 uşaq anasıdır.

Aktrisa kimi məşhurlaşıb, daha sonra moda ilə məşğul olmağa başlayan Meri-Keyt Olsen də uğursuz əməliyyat qurbanlarından biridir. Burun, dodaq, yanağındakı dəyişiklik daha çox onun sevənləri tərəfindən bəyənilmir.


Xəbərə aid fotolar