Sorğu: Amerikalıların 42 faizi hesab edir ki, Tramp ən pis prezidentlərdən biri olacaq


Dünya 20 Okt 2017 02:50:41 374 0

Sorğu: Amerikalıların 42 faizi hesab edir ki, Tramp ən pis prezidentlərdən biri olacaq

Daha 16 faiz respondent hesab edir ki, o, orta səviyyədən aşağı lider kimi yadda qalacaq

Donald Tramp ABŞ-ın ən pis prezidentlərindən biri kimi tarixdə əbədiləşdiriləcək.

"Report" "RT"ə istinadən xəbər verir ki, bu nəticə "Marist Poll"un keçirdiyi sorğu əsasında alınıb.

Sorğuya əsasən, amerikalıların 42 faizi bu fikri bölüşür. Tədqiqatın nəticələrinə görə, daha 16 faiz respondent hesab edir ki, Tramp orta səviyyədən aşağı lider kimi yadda qalacaq.

Rəyi soruşulmuş respondentlərin isə cəmi 18 faizi əmindir ki, Tramp ABŞ-ın ən yaxşı prezidentlərindən biri kimi tarixə girəcək.

Daha əvvəl bildirilib ki, amerikalıların 30 faizinin fikrincə, ABŞ Üçüncü Dünya Müharibəsinə gedən yoldadır.