İqtisadiyyat naziri Ukrayna nümayəndə heyəti ilə görüşüb (FOTO)


Digərləri 20 Okt 2017 01:51:51 149 0

İqtisadiyyat naziri Ukrayna nümayəndə heyəti ilə görüşüb (FOTO)

Ukrayna Baş nazirinin birinci müavini, iqtisadi inkişaf və ticarət naziri Stepan Kubivin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər çərçivəsində Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla anaraq abidəsi önünə əklil qoyub

Bakı. Ukrayna Baş nazirinin birinci müavini, iqtisadi inkişaf və ticarət naziri Stepan Kubivin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər çərçivəsində Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla anaraq abidəsi önünə əklil qoyub. Trend-in məlumatına görə, qonaqlar görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını da ziyarət edib, abidəsi önünə çiçək dəstələri düzüblər. Ukrayna nümayəndə heyəti həmçinin, Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlarımızın xatirəsini ehtiramla yad edib. Sonra İqtisadiyyat naziri Şahin Mustafayev Ukrayna Baş nazirinin birinci müavini, iqtisadi inkişaf və ticarət naziri Stepan Kubivin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Azərbaycan-Ukrayna iqtisadi əlaqələrinə və əməkdaşlığın genişləndirilməsi imkanlarına dair qarşılıqlı fikir mübadiləsinin aparıldığı görüşdə ölkələrimizin bir-birinin suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyi vurğulanıb. Nazir Şahin Mustafayev ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğunu və dövlət başçılarının əməkdaşlığın inkişafına xüsusi önəm verdiyini qeyd edib. Bildirilib ki, Azərbaycan və Ukrayna arasında iqtisadiyyatın müxtəlif sahələrində əlaqələr uğurla davam edir, ticarət əlaqələri genişlənir. Sənaye sahəsində əməkdaşlığın genişləndirilməsi imkanlarının müzakirəsi zamanı qida sənayesi, gəmiqayırma, əczaçılıq, kimya, maşınqayırma, tikinti materialların istehsalı sahələrində əməkdaşlıq, Ukrayna şirkətlərinin Azərbaycanda yaradılan sənaye parklarında iştirakı imkanları diqqətə çatdırılıb. İqtisadiyyat naziri Azərbaycanda əczaçılıq sənayesinin yaradılması sahəsində görülən işləri, o cümlədən ixtisaslaşmış Pirallahı Sənaye Parkını, kimya sahəsində ölkəmizin zəngin təcrübəsini, Ukrayna ilə bu sahələrdə əməkdaşlıq imkanlarını vurğulayıb. Kənd təsərrüfatı sahəsində əməkdaşlıq imkanlarına toxunan nazir Şahin Mustafayev bildirib ki, Azərbaycanın bir sıra kənd təsərrüfatı məhsulları – fındıq, tütün, meyvə-tərəvəz, pambıq lifi, çay Ukraynaya ixrac oluna, kənd təsərrüfatı məhsullarının emalı sahəsində əməkdaşlıq həyata keçirilə bilər. Qeyd edilib ki, qeyri-neft məhsullarının Ukraynaya ixracının artmasında və satışının genişlənməsində əhəmiyyətli olacaq Ukraynada Azərbaycanın Ticarət Evinin açılması istiqamətində işlər davam etdirilir. Vurğulanıb ki, Azərbaycan regionun tranzit qovşağıdır və bu sahədə iri layihələr həyata keçirilir, tranzit daşımaların səmərəliliyini artırmaq üçün Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası fəaliyyət göstərir. Ukrayna Azərbaycanın tranzit imkanlarından istifadə edə, limanlar arasında qarşılıqlı əməkdaşlıq həyata keçirilə bilər. Ukrayna Baş nazirinin birinci müavini, iqtisadi inkişaf və ticarət naziri Stepan Kubiv ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdiyini, son zamanlar ticarət əlaqələrinin genişləndiyini qeyd edib, energetika, maşınqayırma, kimya, əczaçılıq və s. sahələrdə əməkdaşlıq perspektivlərinə dair fikirlərini bölüşüb. Stepan Kubiv ölkələrimiz arasında əlaqələrin genişləndirilməsi baxımından Azərbaycan Respublikası ilə Ukrayna arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumət Komissiyasının və işçi qruplarının fəaliyyətini qeyd edib, birgə sərgilərin və yarmarkaların təşkilinin əhəmiyyətini vurğulayıb. Qarşılıqlı maraq doğuran digər məsələlərin də müzakirə edildiyi görüşdə Ukrayna nümayəndə heyətinin tərkibində təmsil olunan energetika, metallurgiya, kimya sənayesi, əczaçılıq, poliqrafiya və s. sahələrdə fəaliyyət göstərən şirkətlərin nümayəndələri fəaliyyət sahələri barədə məlumat verib, əməkdaşlığa dair təkliflər səsləndiriblər.
Suriya ərazisinin 92,6 faizi İŞİD-dən azad edilib like
  • 20 Okt 01:51  
Dünya Suriya ərazisinin 92,6 faizi İŞİD-dən azad edilib

Habelə 6,8 min partlayış təhlükəsi olan predmet zərərsizləşdirilib

arrow Ətraflı
Mustafa xanımı ilə ikinci dəfə bal ayına çıxdı like
  • 20 Okt 01:30  
Digərləri Mustafa xanımı ilə ikinci dəfə bal ayına çıxdı

9 illik həyat yoldaşı Sinem Gedikdən boşandıqdan sonra Selin İmerlə ail

arrow Ətraflı
ABŞ Çindən Şimali Koreya məsələsində irəlləyiş gözləyir like
  • 20 Okt 01:02  
Digərləri ABŞ Çindən Şimali Koreya məsələsində irəlləyiş gözləyir

Birləşmiş Ştatlar Çindən Şimali Koreya məsələsində böyük irəlləyi

arrow Ətraflı
Gömrük rəsmisi "The Voice" iştirakçısını öldürüb, intihar etdi  FOTO like
  • 20 Okt 00:46  
Dünya Gömrük rəsmisi "The Voice" iştirakçısını öldürüb, intihar etdi FOTO

"The Voice" (Səs) mahnı müsabiqəsinin iştirakçısı keçmiş əri tərəfi

arrow Ətraflı
Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsi artıb like
  • 20 Okt 00:25  
Siyasət Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsi artıb

Cari ilin 9 ayında ticarət dövriyyəsi 567 milyon dollar olub

arrow Ətraflı
İsrail ordusu mərmiyə cavab olaraq Suriya ərazisinə zərbə vurub like
  • 20 Okt 00:08  
Digərləri İsrail ordusu mərmiyə cavab olaraq Suriya ərazisinə zərbə vurub

İsrail qoşunları Suriya ərazisindən buraxılan mərmiyə cavab olaraq atə

arrow Ətraflı
Gürcüstanda deputatlığa namizəd güllələnib like
  • 20 Okt 00:07  
Dünya Gürcüstanda deputatlığa namizəd güllələnib

Deputatlığa namizədin dostları və qaynatası da güllə yarası alıblar

arrow Ətraflı
"Çoxlarının bu faktdan heç xəbəri yox idi..."  FOTO like
  • 20 Okt 00:05  
Kriminal "Çoxlarının bu faktdan heç xəbəri yox idi..." FOTO

Bu gün təqdimata ehtiyacı olmayan Şövkət Ələkbərovanın doğum günüd

arrow Ətraflı
Günün qoroskopu: hisslərin torundan qurtulun like
  • 20 Okt 00:01  
Digərləri Günün qoroskopu: hisslərin torundan qurtulun

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
“Kurtlar Vadisi Pusu”nun aktyoru mədəsini kiçiltdi like
  • 20 Okt 00:00  
Şou-biznes “Kurtlar Vadisi Pusu”nun aktyoru mədəsini kiçiltdi

“Kurtlar Vadisi Pusu” serialında “Güllü Erhan” obrazını canlandıra

arrow Ətraflı
Qadınlara ərlərinin telefonuna baxmaq qadağan edildi like
  • 19 Okt 23:59  
Digərləri Qadınlara ərlərinin telefonuna baxmaq qadağan edildi

Misirin "Darül-Fitva" tədris mərkəzinin müftisi şeyx Amru Vardan

arrow Ətraflı
Hilari dəyişkən görüntülərdə  FOTO like
  • 19 Okt 23:58  
Digərləri Hilari dəyişkən görüntülərdə FOTO

Model Hilari Roda "Vogue Arabia" üçün fotosessiyaya çəkilib.

arrow Ətraflı
Səfir: Fransa-Naxçıvan əməkdaşlığı daha da genişləndiriləcək like
  • 19 Okt 23:55  
Siyasət Səfir: Fransa-Naxçıvan əməkdaşlığı daha da genişləndiriləcək

Naxçıvan Ali Məclisinin sədri Fransanın ölkəmizdəki fövqəladə və sə

arrow Ətraflı
Hamı Quranı oxuyub başa düşə bilər? like
  • 19 Okt 23:55  
Digərləri Hamı Quranı oxuyub başa düşə bilər?

Quran oxuyan hər kəs onu başa düşər. Lakin bu məsələ hər bir insanın

arrow Ətraflı
PKKnın 24 terrorçusu məhv edildi like
  • 19 Okt 23:53  
Dünya PKKnın 24 terrorçusu məhv edildi

Türkiyə hərbçiləri terrorçuların İraqın şimalındakı Zap regionunda m

arrow Ətraflı