"Çoxlarının bu faktdan heç xəbəri yox idi..." FOTO


Kriminal 20 Okt 2017 00:05:00 483 0

"Çoxlarının bu faktdan heç xəbəri yox idi..."  FOTO

Bu gün təqdimata ehtiyacı olmayan Şövkət Ələkbərovanın doğum günüdür. Əlbəttə, Şövkət xanım kimi sənətkarların və şəxsiyyətlərin doğum tarixləri ilin yalnız bir gününü əlamətdar edə bilməz. Çünki onların saf sənətinin və parlaq şəxsiyyətinin saçdığı işığın özünü göstərməsi üçün bir doğuluş kifayət edə bilməz. Eyni dərəcədə bizim bu işığın ziyasına bələnməyimizdən ötrü də yalnız doğum və xatirə günləri bəs deyil.

Şövkət Ələkbərovanın gəlini (zahirən özünə çox bənzəyən bu xanım-xatın gözəli Şövkət xanım tələbələrinin arasından seçib-bəyənib) Gülnarə xanım Səfərovanın Son.az-a danışdıqları:

"Şövkət xanım ömrü boyu heç bir münaqişəyə qoşulmadı. O, vaxtında anladı ki, az-çox etirafa layiq görülmüş, qəbul edilmiş sənət adamı özündən sonra məktəb qoyub getməlidi, yetirmələrinin inkişafını təmin etməlidi. Mən heç vaxt görmədim ki, Şövkət xanım kiməsə nəyisə sübut etməyə çalışsın. Həmişə hər cür qeybət səviyyəsində olan söhbətlərdən yüksəkdə dayandı. Təbii ki, bu, onun xarakterindən irəli gəlirdi. Qeybətcil adamlara isə yazığı gəlirdi. Bəlkə də Şövkət xanımın səviyyəsinin çirkabdan çox uzaqda olduğunu dərk edən bir para xəbislər acığa düşüb bəzi söz-söhbətlərin süni şəkildə yaranmasına çalışırdılar..."

Müstəsna istedada malik ifaçılarımızın ali səviyyəyə ali təhsil haqqında diplom almadan çatdığını biləndə çox təəccüblənirik. Axı peşəkar musiqi sənətimizin banisi Üzeyir Hacıbəylidən bu aləmin incəliklərini öyrənən, opera sənətimizin ilk peşəkar artistlərindən olan Hüseynqulu Sarabskidən səhnədə davranış elementlərini əxz edən, Xan Şuşinski, Bülbül və digər ustadlarla birgə yaradıcılıq yolu keçən ifaçı üçün ali təhsil diplomu vacibdirmi?

Gülnarə xanım: "Günümə bax ki, məni Konservatoriyada dərs deməyə dəvət etmirlər. Bəzi bürokratlar başa düşmürdülər ki, Konservatoriyanı Üzeyir bəy yaradıb, Şövkət xanım da peşəkarlığın sirlərini dahi bəstəkardan öyrənib. Bir də ki Konservatoriya yaradılana qədər ali musiqi təhsili Asəf Zeynallı adına Musiqi Məktəbində alınan təhsil hesab olunurdu. Şövkət xanım da oranı bitirmişdi..."


Xəbərə aid fotolar