“Kurtlar Vadisi Pusu”nun aktyoru mədəsini kiçiltdi
Şou-biznes 20 Okt 2017 00:00:00 431 0
“Kurtlar Vadisi Pusu” serialında “Güllü Erhan” obrazını canlandıran aktyor Erhan Ufak mədə kiçiltmə əməliyyatı elətdirib.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hazırda 120 kq olan aktyorun 9 ayda 75 kiloqrama düşəcəyi bildirilir.
39 yaşlı aktyor arıqlamaq və sağlam həyat tərzi keçirmək istədiyini bildirib:
“İnşallah qısa zamanda artıq çəkilərdən xilas olaram. Bu əməliyyatı etdirmək istəyənlərə səslənirəm. Qorxulu bir şey yoxdur. Özünüzə güvənin və “mən bacar bilərəm” deyin”.
Mənbə: axsam.az