Plastmas qablar hamilələr və uşaqlar üçün


Digərləri 19 Okt 2017 23:35:00 542 0

Plastmas qablar hamilələr və uşaqlar üçün

Amerika Mikrobiologiya Birliyi 2 illik araşdırmalarının nəticəsində bəyan edib ki, plastmas qablar və qaşıqlar hamilə qadınlar, körpələr və uşaqlar üçün təhlükəlidir.

Son.az medicina.az-a istinadən bildirir ki, qurumun bəyanatına görə, qida plastikasının tərkibində olan Bisfenol A adlı maddə mədə-bağırsaq sisteminin mikroflorasını pozur, təhlükəli birləşmələr əmələ gətirir.

Bisfenol A ötən əsrin 60-cı illərindən sənayedə istifadə olunan kimyəvi maddədir.

Tərkibində bu maddə olan qablarda qida saxlamaq, yemək, xüsusən qaşıqdan istifadə bu maddənin orqanizmə keçməsinə zəmin yaradır. Hamilə qadınlar bu qablardan istifadə edərsə maddə dölə də, doğulacaq uşağın mədə-bağırsaq sisteminə də mənfi təsir edir. Bisfenol A bir neçə növ bakteriyaların bölünüb çoxalmasına da səbəb olur.