Əhmədinejadı 3,5 milyard dollar cərimələdilər


Dünya 19 Okt 2017 22:41:00 286 0

Əhmədinejadı 3,5 milyard dollar cərimələdilər

Dövlət şurasının qərarına əsasən, sabiq dövlət başçısı 3,5 milyard dolları büdcəyə geri qaytarmağa məhkum edilib

İran Dövlət Nəzarət şurası, 2009-cu il əldə edilən neft gəlirlərinin intizamsız xərclənməsində təqsirli bilinən keçmiş prezident Mahmud Əhmədinejad barəsində yekun qərarını verib.

Son.az sputnik.az-a istinadən bildirir ki, şura, gəlirlərin kor-təbii xərclənməsi səbəbilə büdcəyə dəyən 3,5 milyard dolların kompensasiya edilməsini qərarlaşdırıb.

İran parlamentinin Planlaşdırma və Büdcə Komissiyasının rəhbəri Qulamrza Tacgerdun İCNA dövlət xəbər agentliyinə müsahibəsində, məsələnin çox ciddi araşdırıldığını, tam dəqiqləşdikdən sonra cəmiyyətə məlumat verildiyini deyib.