Kiyevdə Poroşenkoya qarşı piket keçirilir


Dünya 19 Okt 2017 22:46:00 303 0

Kiyevdə Poroşenkoya qarşı piket keçirilir

Ukrayna Ali Radasının qarşısında keçirilən etiraz aksiyasının iştirakçıları  prezident administrasiyası binasının qarşısında piket keçirir.

Son.az APA-ya istinadən xəbər verir ki, etirazçıları təmsil edən bir neçə nümayəndə prezident administrasiyasına yollanaraq Ukraynada antikorrupsiya məhkəmələrinin yaradılması haqqında bir qrup deputatın hazırladığı qanun layihəsini prezident Pyotr Poroşenkoya təqdim etmək niyyətindədir. Onlar, qanunvericiliyə uyğun olaraq, prezidentin adından qeyd olunan qanun layihəsini Radaya təqdim etməsini tələb edəcəklər. Prezident administrasiyasının qarşısına polis qüvvələri cəlb edilib. Etirazçılarla polis arasında qarşıdurmanın olmadığı bildirir.     Qeyd edək ki, Ali Rada bu gün etirazçıların bir neçə tələbini icra etməyə başlayıb. Belə ki, Rada deputat toxunulmazlığının ləğvi haqqında qanunu baxılması üçün Konstitusiya Məhkəməsinə təqdim edib. Parlament həmçinin seçki qanunvericiliyini nəzərdən keçirməyə başlayıb. Lakin Ukraynada antikorrupsiya məhkəmələrinin yaradılması haqqında qanun layihəsi Radanın gündəliyinə daxil edilməyib.