Vanqadan möcüzəvi reseptlər


Digərləri 19 Okt 2017 22:35:00 369 0

Vanqadan möcüzəvi reseptlər

Hər xəstəlik üçün öncəgörücünün öz sirri var idi

Məşhur bolqar öncəgörücüsü və xalq bilicisisi Vanqanın insanlara şəfa verməsi, sağaltması və məsləhətlər verməsi haqqında dəfələrlə məlumat verilib. Bu qeyri-adi qadının özünün sirli reseptləri olduğu da hər kəsə məlumdur.

Bəs o sirli reseptlər hansılardır?

1.Həftədə 1 dəfə həll bişmiş buğda və ya arpa yeyin. Bu zaman təmiz su için. Bununla orqanizimi təmizləyəcəksiniz. 2.Çox isti su ilə baş və bədəninizi yumayın. 3. Bacardıqca tez yatın, tezdən oyanın.

Reseptlər:

Allergiyada: bir qaşıq quru yovşan - polin axşamdan soyuq suda isladılır. Son.az medicina.az-a istinadən bildirir ki, səhər süzülür, gündə 3 dəfə yeməkdən öncə 1 xörək qaşığı suya bir az bal qatılaraq udulur. Xüsusən yaz aylarında bu resepti etmək lazımdır.

Uşaqlarda astma:  Aspirin həblərini əzib, təmiz donuz piyi ilə qatıb, uşağın döş qəfəsinə 10 gün çəkmək astmanın dərmanıdır.

Sinədə ağrılar: Vanqa hesab edir ki, sinədə və döş qəfəsi altında küt ağrılar qaraciyərin soyuqlaması əlamətidir. Bunun üçün təmiz yüksək keyfiyyətli buğda ununa 100 ml  günəbaxan yağı və bir az şərab qatıb xəmir yoğurmaq, daha sonra xəmiri yayıb ağrı nahiyəsinə qoyub bağlamaq lazımdır.

Mədə ağrılarında: reyhan, çobanyastığı və nanəni 500 ml suda dəmləyib, gündə 3 dəfə yeməkdən sonra bir kiçik fincan qəbul etmək yaxşı effekt verir.

Öd kisəsi ağrısı: qarında küt ağrı, ürəkbulanma halında yarım limonun suyunu sıxıb, ona yarım çay qaşığı çay sodası qatıb, qəbul etmək ağrıları səngidir.