Putin ABŞ-da Trampa hörmət edilmədiyinə təəsüflənib


Dünya 19 Okt 2017 22:27:49 308 0

Putin ABŞ-da Trampa hörmət edilmədiyinə təəsüflənib

"Mübahisə etmək olar amma hörmət etməmək – yox"

Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampın hörmətə layiq olduğuna əmindir.

“Report” xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb. 

Qeyd olunur ki, Rusiyanın dövlət başçısı ABŞ-da Trampa hörmət edilmədiyinə təəsüflənib.

“Cənab Trampı ABŞ xalqı seçib, buna görə ona hörmət etmək lazımdır. Hətta əgər onun mövqeyi ilə razı olmasanız belə", - deyə Kreml rəhbəri bildirib. 

O, hesab edir ki, Trampa hörmət etməmək onun seçicilərinə ehtiram göstərməmək deməkdir. "Mübahisə etmək olar, amma hörmət etməmək yox. Özü də şəxsən ona yox, səsini Trampa verən seçicilərə, “- deyə Rusiya prezidenti qeyd edib.