Avropa Parlamentində erməni təxribatının qarşısı alınıb


Digərləri 19 Okt 2017 22:27:00 242 0

Avropa Parlamentində erməni təxribatının qarşısı alınıb

18-19 oktyabr 2017-ci il tarixində Brüsseldə erməni diasporunun təşkilatçılığı ilə Avropa ermənilərinin 4-cü “konqresi” keçirilib

Bakı. 18-19 oktyabr 2017-ci il tarixində Brüsseldə erməni diasporunun təşkilatçılığı ilə Avropa ermənilərinin 4-cü “konqresi” keçirilib. Trend-in məlumatına görə, konqres çərçivəsində Avropa Parlamentinin binasında keçirilən sessiya zamanı Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Azərbaycanın ərazisi Dağlıq Qarabağdakı yaradılan qondarma rejim “nümayəndələri”-nin iştirakı ilə təxribat törədilməsi nəzərdə tutulurdu. İşğalçı rejimin “başçısı” Bako Saakyanın əlaltıları ilə Brüsselə gəlməsinə və “konqres”də iştirak etmək cəhdlərinə baxmayaraq, atılan addımlar nəticəsində qondarma rejim “nümayəndələri”-nin Avropa Parlamenti binasında keçirilən tədbirdə iştirakının və çıxışının qarşısı alınıb.