Aralıq dənizində zəlzələ olub


Dünya 19 Okt 2017 22:02:00 298 0

Aralıq dənizində zəlzələ olub

Yeraltı təkanlar Krit adası yaxınlığında qeydə alınıb

Aralıq dənizində zəlzələ olub.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə "Habertürk" Qəndilli Rəsədxanası və Zəlzələ Araşdırma İnstitutuna istinadən məlumat yayıb. Məlumata görə, zəlzələ 4 bal gücündə olub. Yeraltı təkanlar yerli vaxtla saat 20:09-da Krit adası yaxınlığında qeydə alınıb. Zəlzələ ocağı 14,7 kilometr dərinlikdə yerləşib. Dağıntı və ya tələfat barədə məlumat yoxdur.