Azərbaycanda bir neçə adda dərman istehsalına başlanılır VİDEO


Digərləri 19 Okt 2017 21:02:00 333 0

Azərbaycanda bir neçə adda dərman istehsalına başlanılır  VİDEO

Azərbaycanda nevroloji problemlərdə, qaraciyər xəstəliklərində və stamatologiyada effektiv olan yerli dərmanlar istehsal olunacaq. Bununla həm xaricdən asılılıq azalacaq, həm də qiymətlər ucuzlaşacaq. Bəzi dərman preparatları artıq sınaq mərhələsindədir.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, Azərbaycan dərman istehsalını artırır. Elmin İnkişafı Fondunun maliyyə dəstəyi ilə əczaçılıq üzrə müasir elmi tədqiqat laboratoriyası yaradılıb. Yerli istehsalın artırılması ilə birlikdə, həm ölkədə dərman sənayesi inkişaf edəcək, həm də böyük həcmdə valyuta xaricə çıxarılmayacaq. Təbii sərvətlər, ixtisaslı kadr potensialı və yüksək səviyyəli texnologiyaların mövcudluğu nəzərə alınaraq qurulan əczaçılıq üzrə müasir laboratoriyada artıq müəyyən işlərdə görülüb. Laboratoriyanın müdiri Tahir Süleymanovun sözlərinə görə, Azərbaycanda 5 minə qədər dərman bitki növü var. Onlardan 1000-i xalq təbabətində, yalnız 127-i məhlulların hazırlanmasında istifadə olunur. Laboratoriyanın yaradılması yararlı bitki növlərinin hər birindən dərman hazırlanmasını zəruri edəcək. Laboratoriya 3 istiqamətdə fəaliyyət göstərir. İlkin olaraq nevroloji problemlərdə, qaraciyər xəstəliklərində və stamatologiyada effektiv olan dərmanlar istehsal olunacaq. Artıq, "Salfadent" adlı dərman sınaq mərhələsindədir. Müvafiq sertifikatlar alındıqdan sonra isə adı çəkilən yerli dərmanın yaxın vaxtlarda satışa çıxarılacağı gözlənilir.


Xəbərə aid video