Stiven Mnuçin: "Əgər vergi islahatları Konqresdən keçməsə, ABŞ birjaları 20-25% düşə bilər"


İqtisadiyyat 19 Okt 2017 20:50:00 309 0

Stiven Mnuçin: "Əgər vergi islahatları Konqresdən keçməsə, ABŞ birjaları 20-25% düşə bilər"

Dow-Jones indeksi tarixi rekord səviyyəyə yüksəlib

"Əgər vergi islahatları ilə bağlı qanun Konqresdən keçməsə, son aylarda 20-25% yüksələn ABŞ fond birjaları qazanclarının önəmli hissəsini geri verə bilər". 

"Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu açıqlamanı "Politico Money"ə verdiyi müsahibədə ABŞ-ın maliyyə naziri Stiven Mnuçin bildirib.

Onun sözlərinə görə, 2017-ci il bitmədən ABŞ Konqresinin vergi islahatları qanununu təsdiqləməməsi durumunda fond birjalarında kəskin azalmalar ola bilər: "Belə ki, şirkət səhmləri Tramp hakimiyyətinin vergi dərəcələrini azaltması gözləntiləri ilə ilin əvvəlindən yüksəlməyə davam edir. Əgər qanun təsdiq olunsa, birjalar artmağa davam edəcək. Əks təqdirdə səhmlərin qiymətində kəskin enmələr olacaq".

Qeyd edək ki, ABŞ-ın əsas fond birjası indeksi "Dow-Jones" dünənki hərracları tarixi rekord səviyyə olan 23 157,6 bənddə tamamlayıb. İndeksin dünənki qazancı 160,16 bənd və ya 0,7% təşkil edib.