"Real"ın sabiq kapitanı İsko ilə ilk tanışlığından danışıb


İdman 19 Okt 2017 19:20:00 290 0

"Real"ın sabiq kapitanı İsko ilə ilk tanışlığından danışıb

"Real Madrid"in sabiq kapitanı Fernando Yerro komandanın hazırki üzvü İskonu 15 yaşndan tanıdğını bildirib. Goal.az xəbər verir ki, veteran futbolçu bunları deyib:

"15 yaşından tandığım oğlanı dəyərləndirmək biraz çətindir. Onu regional çempionatda görmüşdüm. Rioxa getmişdim. Mənə demişdilər ki, "Valencia"da Benalmadena doğumlu istedadlı oğlan ortaya çıxıb. Bunun kim olduğunu düşünürdüm. Oyunu cəmi 10 dəqiqə izləyəndən sonra dedim: "Mənə lazım olanı gördüm". İsko müntəzəm olaraq oynamalıdır. O, özünü komandaya gərəkli hiss etməlidir. Bu halda onun istedadını nəzərə alaraq hər şeyə qadir olduğunu demək olar".