Azərbaycan Aşıqlar Birliyi Türkiyəyə gedəcək


Digərləri 19 Okt 2017 19:07:46 170 0

Azərbaycan Aşıqlar Birliyi Türkiyəyə gedəcək

Aşıqlar Birliyi "Qorqud Ata Aşıqlar Karvanı" beynəlxalq aşıq festivalının bağlanış mərasimində iştirak edəcək

  Azərbaycan Aşıqlar Birliyi "Qorqud Ata Aşıqlar Karvanı" beynəlxalq aşıq festivalının bağlanış mərasimində iştirak etmək üçün Türkiyəyə gedəcək.

Bunu "Report"a açıqlamasında Azərbaycan Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı deyib.

O qeyd edib ki, tədbir noyabrın 24-də baş tutacaq: "Azərbaycan da bu tədbirin təşkilatçılarından biridir. Kiprdə açılışı keçirilən festival Özbəkistan, Qazaxıstan və Azərbaycanda davam edib. Bağlanış mərasimi noyabrın 24-də Türkiyədə olacaq. Ona görə də bağlanış tədbirinə ciddi hazırlaşırıq. Festivalın gələn ilin payızında yenidən təşkil olunması planlaşdırılır. Növbəti dəfə festivala 10-a yaxın türkdilli ölkənin cəlb edilməsi planlaşdırılır".