Niderlandın baş naziri: Katoloniya məsələsinin Avropa İttifaqına dəxli yoxdur


Dünya 19 Okt 2017 19:00:00 328 0

Niderlandın baş naziri: Katoloniya məsələsinin Avropa İttifaqına dəxli yoxdur

Niderlandın baş naziri Mark Ryutte hesab edir ki, referendum keçirilən Katoliniya məsələsinin Avropa İttifaqına heç bir aidiyyatı yoxdur.

Son.az Trend-ə istinadən bildirir ki, o, bəyan edib ki, bu, İspaniyanın daxili işidir.

M.Ryutte deyib: "Bu, İspaniyanın daxili işidir, mən başqa dövlətləin daxili işlərini şərh etmirəm. Bunun Avropa İttifaqına heç br dəxli yoxdur. Bu, İspaniyanın işidir, Ali Məhkəmə qərar çıxarıb və hökumət bu qərarı icra edir".

Xatırladaq ki, oktyabrın 1-də İspaniyanın Kataloniya vilayətində bölgənin müstəqilliyi haqqında qanunsuz referendum keçirilib. Bununla belə, muxtar vilayət hələ müstəqilliyini elan etməyib.