DİM vergi orqanlarında işləmək istəyənlər üçün tеst imtаhаnı keçirəcək


Digərləri 19 Okt 2017 19:08:00 294 0

DİM vergi orqanlarında işləmək istəyənlər üçün tеst imtаhаnı keçirəcək

Dövlət İmtahan Mərkəzi (DİM) Vergilər Nazirliyi ilə birgə 2017-ci il oktyabrın 21-də "Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin musabiqəsinin keçirilməsi haqqında" Əsasnaməyə müvafiq olaraq vergi orqanlarına işə qəbul olunmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək.

DİM-dən Son.az-a verilən məlumata görə, namizədlər 20 oktyabr saat 18:00-dək "İmtahana buraxılış vərəqəsi"ni Vergilər Nazirliyinin inzibati binasından (Bakı şəhəri, Yasamal rayonu, ak. Landau küçəsi 16) götürməlidirlər.

İmtahan saat 11:00-da başlayır və Bakı şəhərində 3 binada təşkil olunacaq.

İmtahanda iştirak etmək üçün 986 namizəd qeydiyyatdan keçib.