Avropa Parlamentinin sədri: "Avropa Kataloniyanın müstəqilliyini qəbul etməyəcək"


Dünya 19 Okt 2017 17:59:21 354 0

Avropa Parlamentinin sədri: "Avropa Kataloniyanın müstəqilliyini qəbul etməyəcək"

Antonio Tayani: "Avropa İspaniya qanunları və Konstitusiyası çərçivəsində dialoq və həlli dəstəkləyir"

"Avropa ölkələri Kataloniyanın müstəqilliyini dəstəkləməyəcəklər".

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Avropa Parlamentinin (AP) sədri Antonio Tayani deyib.

Onun sözlərinə görə, Kataloniya böhranı İspaniyanın daxili işidir.

"Avropa dialoqun tərəfdarıdır. Məsələnin həllini İspaniya qanunları və Konstitusiyası çərçivəsində axtarmaq lazımdır", - AP sədri bildirib.

Qeyd edək ki, muxtariyyətin başçısı Karles Puçdemon bü gün İspaniyanın baş naziri Mariano Raxoya məktub yollayaraq Madridi dialoqa razı olmayacaqları təqdirdə region parlamentində müstəqillik elan edilməsi barəsində səsvermə keçiriləcəkləri ilə hədələyib. Bunun cavabında İspaniya hökuməti Konstitusiyanın Kataloniyanın özünüidarəetməsini məhdudlaşdırmağa imkan verən 155-ci maddəsinin tətbiq edilməsinə dair proseduraya start verib.