"Bu telefonu almağa "zasluqam" çatır" Gənclərin məhkəməsindən


Digərləri 19 Okt 2017 17:38:00 353 0

"Bu telefonu almağa "zasluqam" çatır"  Gənclərin məhkəməsindən

Bakı Ağır Cinayətlər Məhkəməsində özünü kriminal aləmin adamı kimi təqdim edib insanları hədələyərək telefon və pullarını alan gənclər - 1996-cı il təvəllüdlü Nəbiyev Yusif və 1992-ci il təvəllüdlü Həsənov Muradın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Faiq Qəniyevin icraatında olan prosesdə ifadələr verilib.

Metroda telefonu əlindən zorla alınan zərərçəkmiş, 1999-cu il təvəllüdlü Emin İlyasov deyib ki, gənclər öncə ona yaxınlaşaraq metro kartına pul yükləmək istədiklərini deyiblər: "Mən razılaşdım, onları keçirtdim. "20 Yanvar"da düşəndə mənə yaxınlaşıb telefonumla zəng etmək istədiklərini dedilər. Yusifə telefonumu verdim, alıb qaytarmadı və verməyəcəyini dedi. Məni hədələdilər, dedim heç olmasa kartla nömrəmi çıxarım. Telefonu mənə verdi, əlini də belinə aparıb "səni vuraram" dedi. Qorxduğum üçün kartları çıxarıb telefonu onlara qaytardım. Murad da yanında idi, telefonu alıb qaçdılar".

Y.Nəbiyev deyib ki, Emindən telefonu alanda tək olub. E.İsmayılovun dərhal bunu təkzib etməsinə təqsirləndirilən şəxs belə cavab verib: "Panyatka"n olsun. Mən danışıram. Sən danışanda mən qulaq asırdım".

M.Həsənov da həmin zaman orada olmadığını deyib.