OPEC: Yaxın 3 ilə qlobal neft tələbatı 100 mln. barel/günü ötəcək
İqtisadiyyat 19 Okt 2017 17:22:08 278 0
Neft qiymətləri və tələbat artmaqda davam edəcək
Barkindo həmçinin qeyd edib ki, qlobal neft bazarının tarazlanması prosesi sürətlənir. Yaxın zamanlarda neftə tələbatın pik nöqtəsi gözlənilmir, neft qiymətləri və tələbat artmaqda davam edəcək. Belə ki, dünya iqtisadiyyatının artım tempi yüksəlməyə davam edir.
OPEC başçısı Liviya və Nigeriyada neft hasilatının tədricən artdığını, bu ölkələrin gələcəkdə OPEC+ anlaşmasına qatılması üçün hasilatı hədəflənən səviyyəyə çatdırması gərəkdiyini xatırladıb. Bu ölkələrdə hələ də maliyyə və təhlükəsizlik problemlərinin olduğu qeyd edilib.
Barkindoya görə, OECD ölkələrinin neft ehtiyatları sentyabr ayında son 5 illik orta səviyyədən 159 mln. barel çox olub. Bu isə yanvarın 1-nə olan göstəricidən 2 dəfə azdır.