Rusiyada yeni kreditlərin 54%-i köhnə kreditlərin bağlanmasına yönəldilib


İqtisadiyyat 19 Okt 2017 16:51:51 275 0

Rusiyada yeni kreditlərin 54%-i köhnə kreditlərin bağlanmasına yönəldilib

Bu göstərici 2014-cü ildə 40% olub

Rusiyada bu ilin ilk 8 ayında verilən yeni kreditlərin 50%-dən çoxu mövcud olanların yenidən maliyyələşdirilməsinə yönəldilib. "Report" "İzvestiya" qəzetinə istinadən xəbər verir ki, bu məlumatı Birləşmiş Kredit Bürosu (BKB) yayıb.

"66,5 mln. borcalanın məlumat bazasına əsaslanaraq BKB 2014-cü ildə mövcud kreditləri bağlamaq üçün götürülən yeni kreditlərin 40%, 2015-ci ildə 50%, 2016-cı ildə 52%, bu ilin ilk 8 ayında isə 54% təşkil etdiyini bildirib. Buna səbəb mövcud kreditlərin faiz dərəcəsinin yeni kreditlərlə müqayisədə yüksək olması amili göstərilib", - deyə qəzet yazır.

Xatırladaq ki, bir qədər əvvəl çıxan məlumata görə, Rusiyada potensial iflas hesab edilən borcun orta məbləği 1,75 mln. rubl və ya 30 170 ABŞ dolları təşkil edir.