Polis maşında söhbət etdiyinizi belə görəcək


Digərləri 19 Okt 2017 16:56:00 293 0

Polis maşında söhbət etdiyinizi belə görəcək

Dünəndən sosial şəbəkələrdə sükan arxasında diqqəti yayındıracaq söhbət və hərəkətlərə görə sürücülərin 40 manat cərimələnəyi ilə bağlı məlumat müzakirələrə səbəb olub. Şəbəkə istifadəçiləri bildiriblər ki, bütün sürücülər sükan arxasında söhbət edir, onda gərək hər kəs cərimələnsin. 

Bu məqamda belə bir sual yaranır ki, hansı söhbətin diqqət yayındırdığı polis tərəfindən necə müəyyən olunacaq?

Son.az xəbər verir ki, qafqazinfo suala cavab tapmaq üçün Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədovla əlaqə saxlayıb. O bildirib ki, hər hansı bir yolda xidmət aparan polis inspektoru bunu vizual baxışla asanlıqla müəyyən edə bilər:

"Polis qarşı tərəfə-avtomobil gələn istiqamətə baxır. Bu zaman alın şüşəsində sürücünün hərəkətlərini, yanındakı sərnişinlə danışdığı aydın görünür. Belə olduğu halda isə təhlükəsizlik baxımından ona saxlama işarəsi verilir. Telefonla danışmağın özü inzibati xəta tərkibidir. Polis telefonla danışan şəxsi necə görür bəs? Deməli vizual baxış deməyə imkan yaradır ki, sürücü sükan arxasında mobil telefonla danışır. Diqqəti yayındıracaq söhbətlərin müəyyən edilməsi də eynidir.