«Geostorm» IMAXda eksklüziv pressnümayiş


Digərləri 19 Okt 2017 16:12:00 283 0

«Geostorm»  IMAXda eksklüziv pressnümayiş

18 oktyabrda premyeradan bir gün öncə Park Cinema kinoteatrının Azercell IMAX zalında "Geostorm" filminin eksklüziv nümayişi baş tutmuşdur. Tədbirdə tanınmış jurnalistlər, bloggerlər, rejissorlar və özəl şirkət nümayəndələri iştirak etmişlər.

Son.az xəbər verir ki, filmdə baş rolları Cerard Batler, Cim Störcess, Ebbi Korniş və Aleksandra Mariya Lara ifa etmişlər. Filmin çəkilişlərinin son mərhələlərində prodüser qismində Cerri Brukhaymer cəlb olunduqdan sonra filmin bir çox səhnələri yenidən çəkilmişdir.  Bəzi səhnələr isə hətta Luziana ştatında, Yeni Orleanda NASA-nın mərkəzində lentə alınmışdır.

Maraqlı faktlardan biri isə odur ki, layihə ilə öncədən Paramount Pictures məşğul olmuşdur, daha sonra isə bu iş Warner Bros həvalə olunmuşdur.

Filmin sinopisisi

Planetimizin düçar olduğu bir sıra təbii fəlakətlrədən sonra dünyanın aparıcı liderləri təbii fəlakətlərin qarşısını almaq üçün iqlimə nəzarət edəcək orbital peykin çoxşaxəli şəbəkəsini yaratmaq məqsədi ilə güclərini birləşdirir. Lakin nəyisə sıradan çıxır - Yerin müdafiəsi üçün qurulmuş sistem artıq onun üçün təhlükə doğurur. Geostorm Yer üzündən bütün canlıları silənə kimi real təhlükəni aşkar etmək üçün əsl mübarizə başlayır. 


Xəbərə aid fotolar